Təranə Musayeva. İdarə heyətinin üzvü
1963-cü ildə Ucar rayonunda anadan olub
1978-1982-ci ildə Bakı Yüngül Sənaye Texnikumunda təhsil alıb
1982-1990-cı illərdə Bakı Tikiş evində(Volodarski adına tikiş fabriki)texnoloq vəzifəsində işləyib.
1990-cı ildə Bakı Dövlət Universitetində, 1991-ci ildə Çernobıl Əlillər İttifaqında çalışıb. 1991-ci ilin iyun ayından Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon Təşkilatında (2020-ci ildən adı “Əlilliyi olan şəxslərə sosial dəstək” ictimai birliyinə dəyişdirilib) təlimatçı, mütəxəssis, baş mütəxəssis, baş mühasib vəzifələrində çalışıb. 2009-cu ildən bu günədək birliyin sədri vəzifəsində çalışır.
1990-cı ildən ictimai fəaliyyətlə məşğuldur.
Əlavə iş yerləri:
1991-1993-cü illərdə “Seyid” kiçik müəssisəsində mühasib, 1995-1996-cı illərdə “Girdiman-B” kiçik müəssisəsində – aparıcı mütəxəssis, 1996-1998-ci illərdə “Pelas” kiçik müəssisəsində – mütəxəssis, 1998 - 2008-ci illərdə “Baktrans LTD”MMC-də Kadr üzrə inspektor , 05.12.2008 - 01.09.2009-cu illərdə “Təkamül Treynig”MMC –də baş mühasib, 2014-2017 –ci illərdə “Duyğu” Sosial reabilityasiya İB –nin təsisçisi və sədri vəzifələrində çalışıb.
2009-cu ildən bu günədək çoxsaylı yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir.
1994-cü ildə səhhəti ilə bağlı əlillik qazanmışdır.
MÜKAFATLARI:
1.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05.03.2020-ci il tarixli sərəncamı ilə “Tərəqqi medalı”,
2. 2022-ci ildə Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal Bələdiyyəsi Fəxri Fərman,
3. 2019-cu ildə Azərbaycan Əlillər Cəmiyyəti İB-nin Fəxri Fərmanı,
4. 2012-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Mediya Mükafatı diplomu ilə təltif edilib.

