ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 16/2/2022 Prezident İlham Əliyevin yeni Fərmanı ölkəmizdə uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır
Bu gün Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.
- 15/2/2022 Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub
Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.
- 15/2/2022 “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
AZE 15 fevral 2022-ci il tarixində “Karlara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Vişeqrad Fondu HumanDoc-un “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
- 15/2/2022 Vətəndaş Cəmiyyəti Forumu - Qlobal Əlillik Sammiti 2022
Hökumətləri, biznesləri, inkişaf mütəxəssislərini və əlilliyi olan insanlar üçün təşkilatları (OPD) bir araya gətirən Qlobal Əlillik Sammiti dünyanın dəyişmək və əlilliyi olan insanları əhatə etmək üçün daha çox iş görmək öhdəliyi üçün mühüm məqamdır. Bu, əlilliyi olan insanların inklüzivliyinin gücləndirilməsi üzrə ikinci qlobal sammitdir və o, 2018-ci ildə Londonda keçirilmiş birinci Qlobal Əlillik Sammitindən sonra əldə edilmiş tərəqqiyə əsaslanacaqdır.
- 15/2/2022 “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi autizm spektri pozuntusu, daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
- 14/2/2022 Bu ilin əvvəlindən özünüməşğulluq proqramı üzrə 766 şəxs üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və proqramın genişlənməsinə dəstək olaraq Dünya Bankı ilə birgə icra olunan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə aktivlərin paylanması işləri 2022-ci ildə də davam edir.
- 12/2/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 11/2/2022 Azərbaycanda fəaliyyət göstərən QHT sədrləri BMT-nin Baş katibinə etiraz bəyanatı ünvanlayıblar
AZƏRTAC xəbər verir ki, bəyanat fevralın 11-də ölkədə həyatın müxtəlif sahələrində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən BMT-nin İnkişaf Proqramında (UNDP) çalışan ermənilərin Azərbaycana qarşı nifrət zəminində apardıqları kampaniyanın qarşısının alınması məqsədi ilə qəbul edilib.
- 11/2/2022 “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı”
Bu tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıql ı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində
- 11/2/2022 Sosial ödənişlər üçün ayrılan vəsaitlər bu il daha da artacaq
Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir.
- 11/2/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 10/2/2022 Fevral ayı üzrə pensiyaların yeni artımla birgə ödənişinə başlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.
Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.
2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.
- 10/2/2022 "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ” adlı layihənin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci il tarixindən 30 aprel 2022-ci il tarixinədək Bakı şəhərinin Yasamal rayonunda icra olunacaq. "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi əllilliyi olan gənclərin cəmiyyətə inteqrasiya etmələri və özlərini müstəqil fərd kimi sübut etmələridir.
- 10/2/2022 Bu il 150-dən çox sosial xidmət layihəsi həyata keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi nəzərdə tutur.
- 10/2/2022 "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi yeni bir layihənin icrasına start verib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihə barəsində məlumat verən təşkilat sədri Aida Səfərova deyib ki,