ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 11/3/2016 Şura üzvlüyünə "Qaçqın, köçkün, əlil və veteranların məsələləri" qrupu üzrə keçirilən seçkinin nəticəsi məlum olub
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçki keçirilib.
- 5/3/2016 Ictimai şura dəyirmi masa keçirdi.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
- 4/3/2016 İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu

- 3/3/2016 Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi təsis edilib.
Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar,
- 26/2/2016 Xocalı soyqırımı
Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınları doğulmamış uşaqları qarınlarından çıxarılmışdır.
- 25/2/2016 “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inteqrasiyalı təhsil mərkəzlərinin əsasının qoyulması”
25 fevral 2014-cü il tarixdə Avropa Birliyinin “ “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”” Tempus layihəsi çərçivəsində Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən Sağlamlıq imkankları məhdud gözdən əlilliyi olan uşaqlar üçün Respublika internat orta məktəbinin 11-12 sinif şagirdləri üçün məlumat sessiyası keçirilmişdir.
- 20/2/2016 Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbir keçirildi
Sumqayıt şəhəri Nərman Nərmanov adına Mədəniyyət evində Mina Qurbanlarına Dəstək İctimai Birliyi, Fizuli rayonu 7 saylı tam orta məktəb və Xocalı İcra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə QHT rəhbərləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
- 17/2/2016 Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olunmuşdur
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi azərbaycan dilində nümayiş olunur.
- 15/2/2016 Artıq həmin tarixdən bizi 27 il ayırır

- 10/2/2016 Əlverişli mühitdən inkluziv cəmiyyətə doğru
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə
- 10/2/2016 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası
09 fevral 2016-cı il tar ixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş iclası keçirilmişdir. İclasın gündəliyi:
1. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-şurasına və Bakı Dövlət Universitetində yaradılacaq İctimai şuraya namizədlərin seşilməsi və bu istiqamətdə fəaliyyətlərin aparılması
2. Üzvlüyə qəbul
3. Cari məsələlər
- 10/2/2016 Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi
9 fevral 2016 – cı il tarixdə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi yüksə səviyyədə qeyd olundu. Tədbirlərdə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven iştirak etmişdir.
- 3/2/2016 Əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefon vasitəsilə əldə etmək mümkündür
Vətəndaşların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib.
- 2/2/2016 Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub
28 yanvar 2016-ci ildə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli APA TV–nin “Səhər zəngi” verilişinin qonağı olub. Veriliş zamanı Davud müəllim inklüziv təhsillə əlaqədar Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar, qəbul etdiyi qanunlar və hal-hazırda Azərbaycanda əlilliyi olan şəxslərin qarşılaşdığı problemlər haqqında danışıb.
- 29/01/2016 İctimai Şuranın cari il üçün Fəaliyyət planı təsdiq edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda İctimai Şuranın 2016-ci il üçün Fəaliyyət planı, Şuranın üzvlərindən ibarət olmaqla Nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupun yaradılması, “İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu”nun hazırlanması,