ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 23/6/2018 "Diabetə birlikdə qalib gələk!"
"Diabetə birlikdə qalib gələk!" şüarı altında Azərbaycan Diabet Liqasının keçirdiyi tədbirə hamını dəvət edirik. Məqsəd: Diabet xəstəliyinin qarşısının alınması üçün həyat tərzinin dəyişilməsi vacibdir.
Vaxt: 23.06.2018-ci il, saat 08:30
Yer: Bakı, Yasamal rayonu, Alim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində olan istirahət parkı
- 22/6/2018 Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib
Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub.
- 23/6/2018 Əlilliyi olan şəxslər arasında özünüməşğulluq
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımı ilə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 21 iyun 2018-ci il tarixində saat 11:00-da Qusar rayonu Gənclər evində nəzərdə tutulduğu kimi keçirildi.
- 23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Abşeron 5
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrasını uğurla davam etdirən “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə baş tutub.
- 23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Masazır
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə keçirilib.
- 20/6/2018 Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunur.
- 14/6/2018 Sosial xidmətlər sahəsində beynəlxalq standartlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
- 14/6/2018 Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 13/6/2018 “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi İsmayıllıda
“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Layihə işi üzrə qrafikə uyğun olaraq, növbəti tədbirini 08 iyun 2018-ci il tarixində Ismayıllı rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,
- 13/6/2018 “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə
Təşkilatın eksperti Asəf Kərimov tədbirdə çıxış edərək belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib və layihənin məqsədi barədə ətraflı məlumat verib.
- 12/6/2018 “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.
- 12/6/2018 Şuranın dəstəyi ilə Şirvan şəhərində maarifləndirmə
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihənin icrasını həyata keçirir.
- 12/6/2018 12 İyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə Günüdür
Uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması müasir dünyanı narahat edən aktual problemlərdən biridir. 2002-ci ildən Beynəlxalq Əmək Təşkilatı (BƏT) uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətini cəlb etmək, bu istiqamətdə hökumət və ictimai təşkilatların səylərinin artırılması məqsədilə hər ilin iyun ayının 12-sini Uşaq Əməyi ilə Ümumdünya Mübarizə günü kimi elan edib.
- 11/6/2018 Abşeron rayonunda inklüziv təhsillə bağlı ictimai maarifləndirmə
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrası həyata keçirilir.
- 8/6/2018 Xalq Cümhuriyyətinin 110 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı
https://video.azertag.az/video/64062
İyunun 7-də “BP Azərbaycan” şirkətinin dəstəyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 110 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalına start verilib.