ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/11/2018 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.
24 noyabr 2018-ci il tarixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir. İclasda hesabatlılıq, məlumat bazasının yenilənməsi, təşkilatı məsələlər, planlaşdırılan tədbirlər haqqında məsələlər müzakirə olunmuşdur. İclas Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ofisində keçirilmişdir.
- 23/11/2018 5-ci "Seni Cup" turniri keçirilmişdir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Azərbaycan Boccia Federasiyasının təşkilatçılığı və “Seni” firmasının dəstəyi ilə boccia idman növü üzrə 5-ci "Seni Cup" turniri keçirilmişdir.
- 22/11/2018 Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişlərini həyata keçirilən layihələrin monitorinqini davam etdirir.
Fəaliyyət planına uyğun olaraq layihə əməkdaşları tərəfindən Şamaxı (Sosial Hüquqların Araşdırılması ictimai birliyi), Qəbələ (Sosial İnkişafda Yeni Mərhələ), Şəki (Şəki Əlillərə Qayğı İctimai Birliyi), Zaqatala (Şəki Əlillərə Qayğı İctimai Birliyi) İcma əsaslı sosial reabilitasiya mərkəzlərində monitorinq aparılmışdır.
- 20/11/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.
- 20/11/2018 Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqının prezidenti (ƏTİ)), Mehdi Mehdiyev ("Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri ) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri) tərəfindən 19 noyabr 2018-ci il tarixdə Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.
- 19/11/2018 Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq
16 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqı (ƏTİ)) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi) tərəfindən Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir.
- 16/11/2018 Əlil Təşkilatları İttifaqı (ƏTİ) sosial sifarişlər üzrə monitorinqləri davam etdirir
Növbəti monitorinq fəaliyyət planına uyğun olaraq Sumqayıt şəhərində Qadın Təşəbbüsü və Sosial Problemlərin həllinə Dəstək İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığından zərər çəkmiş uşaqlara yardım mərkəzinin yaradılması”, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən icra olunan məhdud uşaqlar üçün
- 15/11/2018 TOPs layihəsi çərçivəsində 138 saylı məktəbdə fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə Xətai rayonu 138 saylı məktəbdə inklüziv ibtidai sinifdə fiziki tərbiyə fənnindən “Açıq dərs” keçirilib.
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
- 14/11/2018 "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək" layihəsinin icrasını başa çatdırmışdır.
Layihə aprel – oktyabr aylarında icra olunmuşdur. Əsas məqsəd əlilliyi olan şəxslərin müstəqilliyinin artırılmasına, asıllığının azalmasına, xidmətlərə çatımın asanlaşmasından ibarət olmuşdür. Layihə iki komponentdən ibarətdir:
- 14/11/2018 IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.
Noyabrın 13-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə IV Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.
- 13/11/2018 13 noyabr - Beynəlxalq Görmə Əlilliyi olan Şəxslər Günü
Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
- 12/11/2018 Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir
“Diabetə birlikdə qalib gələk” və “Diabet və Ailə” devizi altında keçirilən tədbiri giriş sözü ilə İSİM-in Səhiyyə siyas əti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə açaraq dedi:
- 08/11/2018 Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 7-8 noyabrda BMT-nin dəstəyi ilə "Dövlətin Əlilliyi olan şəxslərə dəstəyi" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə Beynəlxalq əlil təçkilatları, BMT, OHCHR, QHT- lər iştirak edurlər. Azərbaycandan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və Şükufə Məmmədova tədbirdə iştirak edirlər.
- 2/11/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boccia idman növü üzrə beynəlxalq yarışda ilk dəfə medal qazanmış komandamızla görüş keçirilib
Boccia idman növü üzrə paralimpiya komandamızın beynəlxalq yarışda ilk dəfə medal qazanması ötən dövrdə Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələrin boccia idman növü üzrə də davam etdirildiyini göstərir.
- 29/10/2018 Layihə çərçicəsində yekun - hesabat tədbiri
29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur.