ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 13/6/2017 3 saylı məktəb-liseydə ictimai maarifləndirmə.
“Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhərində yerləşən və şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun adını daşıyan 3 saylı məktəb-liseydə ümumtəhsil müəssisəsinin rəhbərliyinin, müəllim, şagird və valideynlərin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilib.
- 7/6/2017 Əlilliyi olan şəxslərin hüquqlarına hörmət - ictimai maarifləndirmə.
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlərin, sosial iş ixtisası üzrə ali təhsil alan tələbələrin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə ictimai maarifləndirmə tədbiri keçirilib.
- 02/6/2017 Universitetlərin monitorinqi
1 iyun 2017-ci il “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində layihənin əməkdaş universitetlərinin monitorinqi çərçivəsində Layihənin əlaqələndiricisi Rima Məmmədova və Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli Lənkəran Dövlət Universitetində (LDU) olmuşlar.
- 02/6/2017 Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsi
https://www.facebook.com/h.recebli/videos/1495871880431893/
31 may 2017-ci il Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsi "Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması" mövzusunda, 02 iyun 2017-ci il tarixində isə AŞPA-nın adı çəkilən komitəsi və Avropa Sosial Xartiyası (ASX) departamenti ilə əməkdaşlığı çərçivəsində "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial-iqtisadi hüquqların təşviqi" mövzusunda parlament seminarları
- 31/6/2017 Layihə çərçivəsində təlimlərin icrasına başlanıldı.
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı layihəsinin uğurla davam etdirir.
- 27/5/2017 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş formatlı (№ 05-2017) iclası.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin geniş formatlı (№ 05-2017) iclası olmuşdur. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunmuşdur.
Bakı şəhəri, ƏTİ-nin ofisi, 27 may 2017-ci il. Saat 14.00
Gündəlik:
- 20/5/2017 Dünya Əlillər Birliyinin 5-ci Baş Assambleyası
19-22 may 2017-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Əlillər Birliyinin 5-ci Baş Assambleyası keçirilmişdir. Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ tədbirdə iştirak etmişdir. Tədbirdə hesabatlar dinlənilmiş, təşkilati məsələlərə baxılmış, müzakirələr olmuşdur.
- 17/5/2017 Əlilliyi olan şəxslərin hüquqlarının təbliği
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ilin birinci qrant müsabiqəsində qalib olmuş “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsinin icrasına başlanılıb.
- 16/5/2017 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil məktəblərinə inteqrasiyasının əsasının qoyulması.” TEMPUS layihəsi
Bu gün Tempus, ESFİDİP və Xəzər Universitəsinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan tələbələr üçün Azərbaycanın ali təhsil müəssisələrində bərabər imkanlar” adlı beynəlxalq konfrans keçirildi.
- 11/5/2017 Əlilliyi olan şəxslərin sahibkarlığın inkişafina dəstəyin təşkili”
"Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Ş
urasının maliyyə yardımı ilə “Bölgələrdə əlilliyi olan şəxslər arasında kiçik və orta sahibkarlığın inkişafina dəstəyin təşkili” adlı layihəsinin icrasına başlamışdır.- 9/5/2017 Sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2017-ci ildə sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibi olmuşdur.
- 5/5/2017 Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XV Ümumi Yığıncağı.
Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XV Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdən əvvəl Birinci Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarına ziyarət olunmuşdur. Təşkilat Komitəsinin sədri İradə Rzazadə Ümumi Yığıncağa hazırlıqla əlaqədar məlumat vermişdir. Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və şəhidlərin xatirəsi yad olunmuşdur.
- 3/5/2017 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)
“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı T empus layihəsi çərçivəsində Yunanstanın Makedoniya Universitetində təlim keçirilmişdir. Təlimdə layihənin Azərbaycandan olan əməkdaşları iştirak etmişlər. Təlimin əsas məqsədi Azərbaycanın 6 universitetində yaradılmış “Əlilliyi olan tələbələr üçün mərkəz”lərin fəaliyyətinin gücləndirilməsi olmuşdur.
- 18/4/2017 İctimai şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. Mövcud reqlamentə uyğun keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icra vəziyyəti, şuranın işçi qruplarının 2017-cı il üçün fəaliyyət planı və digər məsələlər müzakirə edilib.
- 17/4/2017 Əlilliyi olan şəxslərin yaradıcılıq potensialı
"Eşitmə və Nitq Qüsurlu Şəxslərə Sosial Yardım" Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, qabiliyyətinin inkişafı və sərgilərinin keçirilməsi” adlı layihəsinin icrasına başlamışdır.