ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 2/7/2018 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi
"Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı öhdəlikləri layiqincə yerinə yetirir. Hökumətimizin apardığı fəaliyyət nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq və Azərbaycan BMT-nin bu qlobal layihəsinin həyata keçirilməsinə öz töhfəsini verəcək.
- 2/7/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” Xırdalan şəhər 10
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində Abşeron rayonu Xırdalan şəhəri 10 nömrəli tam orta məktəbdə növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.
- 30/6/2018 “Zəhmətimin Bəhrəsi”

- 29/6/2018 Horadiz şəhərində maarifləndirmə tədbiri keçirilmişdir
Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Füzuli rayonunda keçirib.
- 28/6/2018 “Məişət zorakılığına qarşı mübarizə
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə həyata keçirir.
- 27/6/2018 BMT ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir.
Birləşmiş Millətlər Təşkilatı ilə əlilliyi olan şəxslərin təşkilatlarının əməkdaşlığı genişlənir. 27 iyun 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Cənab Qulam İsakzai, BMT-nin Əhali Fondunun Proqram Məsələləri üzrə müşaviri xanım Vəcihə Əliyeva, BMT-nin Əlaqələndirici Məsələləri üzrə müşaviri xanım Şəms Mustafayeva Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) ofisində İttifaqın üzvləri ilə görüşü olmuşdur.
- 27/6/2018 Şuranın dəstəyi ilə ilk maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “İcma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Cəbrayıl rayonunda keçirib.
- 25/6/2018 Əlilliyi olan gənclər üçün peşə kursu davam edir
“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Preizdenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi Olan Gənclərin Peşə Kurslarına cəlb edilməsinin təşkili və onların məşqulluğunun təmini” layihəsinin icrası davam edir.
- 23/6/2018 "Diabetə birlikdə qalib gələk!"
"Diabetə birlikdə qalib gələk!" şüarı altında Azərbaycan Diabet Liqasının keçirdiyi tədbirə hamını dəvət edirik. Məqsəd: Diabet xəstəliyinin qarşısının alınması üçün həyat tərzinin dəyişilməsi vacibdir.
Vaxt: 23.06.2018-ci il, saat 08:30
Yer: Bakı, Yasamal rayonu, Alim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində olan istirahət parkı
- 22/6/2018 Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib
Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin qurucusu olduğunu bildirib. Azay Quliyev deyib ki, Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT sektorunun xarici donordan asılılığınının minumuma endirilməsi prosesinin başlanğıcı olub.
- 23/6/2018 Əlilliyi olan şəxslər arasında özünüməşğulluq
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımı ilə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 21 iyun 2018-ci il tarixində saat 11:00-da Qusar rayonu Gənclər evində nəzərdə tutulduğu kimi keçirildi.
- 23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Abşeron 5
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrasını uğurla davam etdirən “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə baş tutub.
- 23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Masazır
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə keçirilib.
- 20/6/2018 Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunur.
- 14/6/2018 Sosial xidmətlər sahəsində beynəlxalq standartlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.