ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 17/6/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) növbəti tədbiri
Təhsil Problemləri İnstitutunda (TPİ) “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda seminar keçirilib.
- 11/6/2015 “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası
8-9 iyun 2015-ci il tarixdə Tbilisi şəhərində BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 33-cü maddəsinin yerinə yetirilməsi mövzusunda beynəlxalq konfrans olmuşdur. Tədbirdə Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzv təşkilatlarının, səfirliklərin, beynəlxalq təşkilatların, KİV və əluilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri iştirak etmişlıər. Tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil etmişdir.
- 10/6/2015 “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin növbəti tədbiri
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT – lərə DDŞ – nın maliyyə dəstəyi ilə “Əlillərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi məqsədi ilə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində növbəti təlim seminarını uğurla keçirmişdir
- 4/6/2015 “İstedadlı Əlillər” İB –nin Abşeron filialının tədbiri
“İstedadlı Əlillər” İB –nin Abşeron filialı və AAAF Park İstirahət və Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə, bayram tədbiri təşkil olunmuşdur..
Bayram tədbirində 3 saylı Xüsusi İnternat Məktəbinin danışma və eşitmə qüsurlu şagirdləri iştirak etmişlər.
Bayram tədbirində 3 saylı Xüsusi İnternat Məktəbinin danışma və eşitmə qüsurlu şagirdləri iştirak etmişlər.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
“İstedadlı Əlillər” İB
Mətbuat xidməti rəhbəri
Fuad Rəsul - See more at: http://radio6.az/news/1402-stedadli-lillr-b-nin-abseron-filiali-1-iyun-usaqlar-gunu-il-bagli-bayram-tdbiri-kecirib.html#sthash.5EhiU1ap.kuKNk6lG.dpuf
- 3/6/2015 ƏƏSMN-də Tvinninq layihəsi üzrə tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların tətbiqi məsələlərinə dair konfrans keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə milli tibbi-sosial reabilitasiya sistemində mütərəqqi yanaşmaların və yeni reabilitasiya xidməti növlərinin tətbiqi məsələlərinə dair konfrans keçirilib.
- 1/6/2015 Baş nazirin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN-nin bir sıra obyektlərində olublar
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bir sıra obyektlərində əlilliyi olan şəxslərə göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olublar.
- 22/5/2015 “Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi “Əlilliyi olan uşaqlar üçün yay tətilinin təşkili” layihəsi

- 21/5/2015 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) www.udpo.az veb portalı NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.
Nominantlar sırasından seçilən qaliblərin rəsmi mükafatlandırma mərasimi mayın 20-də keçirilib.N
Qeyd edək ki, adıçəkilən portal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə İnformasiya və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzi tərəfindən yaradılmışdır.
- 22/5/2015 “Oriqami” Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mütəmadi olaraq sağlamlığında məhdudiyyəti olan şəxslərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunmasına, onların bədii yaradıcılığa cəlb edilməsi, təhsilə maraqların artırılması, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasına istiqamətlənmiş layihələri dəstəkləyir. Bu səpgili layihələrin məqsədi həssas qrupdan olan insanların vətəndaş cəmiyyətinin qurulmasında rolunu aktivləşdirməkdir.
- 20/5/2015 “Sosial hüquqların araşdırılması” İctimai Birliyin "Sosial məsələlər üzrə Hüquq Klinikası"
ELAN
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili” adlı layihə həyata keçirir. Layihə ilə əlaqədar olaraq SHAİB-nin Sosial məsələlər üzrə Hüquq Klinikası fəaliyyət göstərməyə başlamışdır. Klinikada aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstəriləcək.
- 14/5/2015 Beynəlxalq Əlillər Birliyinin yeni regional bölməsi yaradıldı
11-12 may 2015-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində 150 ölkənin üzv olduğu, 6 regional bölməsi olan Beynəlxalq Əlillər Birliyinin (BƏB) MDB ölkələrindən olan təşkilatların I forumu olmuşdur. Tədbirdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları" haqqında Konvensiyasının yerinə yetirilmə vəziyyəti müzakirə olunmuş və təşkilati məsələlərə baxılmışdır. BƏB-nin MDB ölkələri üzrə regional şöbəsi yaradılmış, rəhbər orqanlar seçilmişdir. BƏB-in üzvü və Azərbaycanda milli təmsilçisi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli BƏB-nin MDB ölkələri üzrə şöbəsinin sədri seçilmişdir. (Qeyd edək ki, I forumun keçirilməsi Bakıda nəzərdə tutulmuşdu, lakin bizim Ermənistandan olan nümayəndənin Bakıya gəlməsinə etiraz etdiyimiz üçün tədbirin Moskvada keçirilməsi qərarlaşdırıldı)
- 5/5/2015 Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti sərgi
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasıyasına dəstək” adlı layihəsini uğurla davam etdirir.
- 4/5/2015 “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi
27-29 aprel 2015-ci il tarixdə koordinatorluğunu etdiyi Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə növbəti görüş keçirilmişdir.
- 1/5/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi seminar keçirib
Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə yardımı ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihənin icrasına başlamışdı
- 30/4/2015 Əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında növbəti mərhələ
Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnfrastrukturun monitorinqi və Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi” layihəsinin icrasını həyata keşirir. Layihənin icrası müddətində fiziki infrastrukturun əlilliyi olan şəxslər üşün uyğunluğunun monitorinqi aparılacaq, sənədləşdiriləcəkdir. Eyni zamanda bərabər imkanların yaradılmasını təmin etmək üçün “Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi”nin hqquqi və texniki əsası yaradılacaqdır.