ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 27/11/2015 Heydər Əliyev Fondunun “Xəyallarla dolu qəlblər” adlı sərgisi
Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların “Xəyallarla dolu qəlblər” adlı sərgisi də belə layihələrdəndir.
- 27/11/2015 2015-ci ilin 1 yanvardan, 31 oktiyaba kimi respublika ərazisində 1846 yol-nəqliyyat hadisəsi
Azərbaycan Respublikası « Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində, 27 noyabr 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində,
- 26/11/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
- 26/11/2015 Vətəndaş cəmiyyəti forumu
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yüzlərlə QHT-nin iştirakı ilə 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərini müzakirə olunmuşdur.
https://youtu.be/iTbn-9PvxJM
- 24/11/2015 Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb. Sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
- 23/11/2015 "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği"
Azərbaycan Respublikasıının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği" layihəsi həyata keçirilmişdir. 3 ay davam edən layihədə 8 iştirakçıya videoçəkiliş və montajın əsas prinsipləri öyrədilmişdir.
- 21/11/2015 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür.
Azərbaycanda da 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində,
- 20/11/2015 20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günüdür.
20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günü ərəfəsində, noyabr ayının 19 –da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM) “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda respublika miqyaslı “Dəyirmi masa” keçirdi.
- 19/11/2015 Təşkilat layihəyə yekun vurdu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən, “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et” layihəsinin yekun iclas keçirildi.
- 18/11/2015 Sərxoş sürücülərə qarşı mübarizə
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampa niyasının təşkili!” layihəsi, layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq silsilə tədbirlərlə davam edir.
- 17/11/2015 “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyası üzrə paralel hesabatların hazırlanması üzrə qaydaların öyusunda beynəlxalq konfransrənilməsi və təcrübə mübadiləsi” mövz
12-16 noyabr 2015-ci il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Əlil Təşkilatları Birliyinin dəstəyi ilə Beynəlxalq Əlil Təşkilatları Birliyinin BMT-nin ““Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyası üzrə paralel hesabatların hazırlanması üzrə qaydaların öyrənilməsi və təcrübə mübadiləsi” mövzusunda konfransı keçirilmişdir.
- 13/11/2015 13 noyabr Beynəlxalq gözdən əlilliyi olan insanlar günüdür.
1
3 noyabr 1745-ci ildə anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. O, 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.- 12/11/2015 “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!”
“14 noyabr – Ümumdünya Diabet Günü”
- 11/11/2015 Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil alan gənclər üçün təlim keçirilib.
Mirzə Ələkbər Sabir Fondunun təşəbbüsü, “Arabaçı TV”-nin təşkilati dəstəyi ilə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində orada təhsil alan gənclər üçün təlim keçirilib.
- 11/11/2015 “14 noyabr – Ümumdünya diabet günü” dür.
Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.