ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 21/5/2015 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) www.udpo.az veb portalı NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.
Nominantlar sırasından seçilən qaliblərin rəsmi mükafatlandırma mərasimi mayın 20-də keçirilib.N
Qeyd edək ki, adıçəkilən portal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə İnformasiya və Yüksək texnologiyalar Nazirliyinin Məlumat Hesablama mərkəzi tərəfindən yaradılmışdır.
- 22/5/2015 “Oriqami” Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan uşaqların bədii yaradıcılığa cəlb edilməsi sahəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mütəmadi olaraq sağlamlığında məhdudiyyəti olan şəxslərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunmasına, onların bədii yaradıcılığa cəlb edilməsi, təhsilə maraqların artırılması, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasına istiqamətlənmiş layihələri dəstəkləyir. Bu səpgili layihələrin məqsədi həssas qrupdan olan insanların vətəndaş cəmiyyətinin qurulmasında rolunu aktivləşdirməkdir.
- 20/5/2015 “Sosial hüquqların araşdırılması” İctimai Birliyin "Sosial məsələlər üzrə Hüquq Klinikası"
ELAN
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili” adlı layihə həyata keçirir. Layihə ilə əlaqədar olaraq SHAİB-nin Sosial məsələlər üzrə Hüquq Klinikası fəaliyyət göstərməyə başlamışdır. Klinikada aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstəriləcək.
- 14/5/2015 Beynəlxalq Əlillər Birliyinin yeni regional bölməsi yaradıldı
11-12 may 2015-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində 150 ölkənin üzv olduğu, 6 regional bölməsi olan Beynəlxalq Əlillər Birliyinin (BƏB) MDB ölkələrindən olan təşkilatların I forumu olmuşdur. Tədbirdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları" haqqında Konvensiyasının yerinə yetirilmə vəziyyəti müzakirə olunmuş və təşkilati məsələlərə baxılmışdır. BƏB-nin MDB ölkələri üzrə regional şöbəsi yaradılmış, rəhbər orqanlar seçilmişdir. BƏB-in üzvü və Azərbaycanda milli təmsilçisi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli BƏB-nin MDB ölkələri üzrə şöbəsinin sədri seçilmişdir. (Qeyd edək ki, I forumun keçirilməsi Bakıda nəzərdə tutulmuşdu, lakin bizim Ermənistandan olan nümayəndənin Bakıya gəlməsinə etiraz etdiyimiz üçün tədbirin Moskvada keçirilməsi qərarlaşdırıldı)
- 5/5/2015 Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti sərgi
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasıyasına dəstək” adlı layihəsini uğurla davam etdirir.
- 4/5/2015 “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi
27-29 aprel 2015-ci il tarixdə koordinatorluğunu etdiyi Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə növbəti görüş keçirilmişdir.
- 1/5/2015 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi seminar keçirib
Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə yardımı ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihənin icrasına başlamışdı
- 30/4/2015 Əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında növbəti mərhələ
Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnfrastrukturun monitorinqi və Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi” layihəsinin icrasını həyata keşirir. Layihənin icrası müddətində fiziki infrastrukturun əlilliyi olan şəxslər üşün uyğunluğunun monitorinqi aparılacaq, sənədləşdiriləcəkdir. Eyni zamanda bərabər imkanların yaradılmasını təmin etmək üçün “Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi”nin hqquqi və texniki əsası yaradılacaqdır.
- 20/4/2015 “Biz Hər Şeyə Qadirik”
20.04.2015 tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə, Azərbaycan Diplomatiya Akademiyasının və Milli Paralimpiya Komitəsinin təşkilatı dəstəyi ilə “Əlil İdmançılara Dəstək “ və “İstedadlı Əlillər” İctimai Birlikləri “Biz Hər Şeyə Qadirik” və “ Fiziki məhdudiyyətli istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” layihələri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında əlilliyi olan insanların əl işlərindən ibarət sərgi keçirilmişdir.
- 20/4/2015 Əlil Təşkilatlar İttifaqı Avropa Parlamentinin və Roma Papasının I Fransiskin qondarma ermən soyqırımı ilə bağlı qəbul etdiyi qərarı pisləyən bəyanat yayıb.
“Aprelin 15-də Avropa Parlamenti növbəti dəfə aşkar siyasi üzgörənlik göstərərək qondarma “erməni soyqırımı” ilə əlaqədar qətnamə qəbul etmişdir. Türkiyə Cümhuriyyətini qondarma "soyqırımı”nı tanımağa çağıran, Avropa Birliyi ölkələrinə 24 apreli üzdəniraq “soyqırımı günü” kimi qeyd etməyi tövsiyə edən sənəd tarixi gerçəkliklərin inkarı, tarixi siyasi konyuktur və maraqlar baxımdan yenidən yazmağa iddia edən bir mövqenin nümayişidir.
- 19/4/2015 Dünya Hemofiliya Günü
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası növbəti dəfə də olaraq, bu il də Dünya Hemofiliya Günü münasibəti ilə kütləvi informasiya vasitələrində təbliğat və maarifləndirmə işləri aparır.
Dünya Hemofiliya Günü dünyanın 118 ölkəsində qeyd olunur və Azərbaycanda artıq 15 ildir ki, bu gün təntənəli qeyd olunur.
- 30/3/2015 "Sərhədsiz İdman"
Məktəblilərin "Sərhədsiz İdman" yarışı 14 yanvar 2015-ci ildə başladılmış idman layihəsinin final mərhələsidir. Yarışın özəlliyi komandaların Yasamal rayonundakı 153 saylı tam orta məktəbdə təhsil alan sağlam və sağlamlıq imkanları məhdud şagirdlər arasında keçirilməsidir.
- 29/3/2015 2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür.
PRESS-RELİZ
XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. İctimai Birliyimiz tərəfindən əldə etdiyimiz qeyri-rəsmi statistikamıza əsasən ölkəmizdə təxmini 4000 yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyata alınmışdır.
- 18/3/2015 Hər bir Azərbaycan vətəndaşı sevinməlidir ki, Bakı-2015 I-ci Avropa Oyunları məhz doğma vətənimiz Azərbaycanda keçiriləcəkdir!

Təsüflər olsunki, bir neçə aydır ki, bəzi mətbuat səhifələrində Bakıda keçiriləcək I-ci Avropa Oyunları ətrafında bəzi adamların haqsız olaraq məkirli məqsədlərlə dövlətimizin əlehinə qara piar aparılır. Hətda bu oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin lüzumsuz xərclər olduğuna insanları inandırmağa çalışan qara qüvvələr bu mövzuda yanlış informasiyaları mətbuat səhifələrində, internet saitlarında yaymaqla urək bulandırmaqla azərbaycanı gözdən salmaqla məşğuldurlar.
- 2/3/2015 “Maneəsiz mühit – İnovativ siyasət və inovativ təcrübələr”
25-27 fevral 2015-ci il tarixdə BMT-nin Vyanadakı qərargahında əlilliyi olan şəxslərə dair “Maneəsiz mühit – İnovativ siyasət və inovativ təcrübələr” mövzusunda konfrans keçirilmişdir. Konfransda 150 ölkədən, beynəlxalq təşkilatlardan 320 nümayəndə iştirak etmişdir.