ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 7/6/2022 Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirildi
QHT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
- 6/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 6/6/2022 Qazilər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn bir qrup Vətən müharibəsi qazisi ölkəmizdə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.
- 5/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 3/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 3/6/2022 "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki DOST Agentliyinin "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb. Forum "Könüllü DOST" proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.
- 27/5/2022 Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkədə ilk dəfə olaraq həmin kənddə qurulmuş “Ağıllı DOST” – “Smart DOST” məntəqəsi ilə də tanış olublar.
- 26/5/2022 Media nümayəndələri qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edib. KİV nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.
- 26/5/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 26/5/2022 Bakı Peşə Hazırlığı Mərkəzi yeni layihəsi ilə "TEKNOFEST 2022" müsabiqəsinin finalçılarından biri oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalında iştirak edir.
- 25/5/2022 Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda reabilitasiya və köməkçi texnologiya (KT) və xidmətlərə əlçatanlığın genişləndirilməsinə texniki dəstək göstərmək məqsədilə 4 günlük missiya həyata keçirib.
- 25/5/2022 Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub. Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.
- 24/5/2022 Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü Cəlal Orucov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və iştirak ediblər.
- 23/5/2022 Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib
Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 729 şəxsə xidmətlər göstərilib. 142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər üzrə 89 334 vətəndaş müraciəti cavablandırılıb.
- 22/5/2022 “Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. Marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.