ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 27//2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
- 26/8/2022 Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq
AZƏRTAC paylaşımı təqdim edir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
- 26/8/2022 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı arzulayır, Azərbaycanın inkişafı, sosial təminat sahəsinin inkişafı, əlilliyi olan şəxslərin həyat səviyyəsinin daim yüksəldilməsini nəzarətdə saxlaması, geniş əhatəli fəaliyyətində yeni uğurlar arzulayırıq!
- 25/8/2022 Əlilliyi olan şəxslərə münasibətdə bir sıra vulqar, qaba ifadələr etik və müasir yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib
Son illər ölkəmizdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə mühüm təkmilləşdirmələr aparılıb.
Təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.
- 24/8/2022 Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb. Həmin şəxslərə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib.
- 23/8/2022 Son bir həftədə 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib
Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.
Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 571 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.
- 20/8/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 19/8/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın e-arayış verilib
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.
Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib.
- 18/8/2022 7 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 823 mln. manat ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Bu a ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.
- 17/8/2022 “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır
Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə, ailə mühitində inkişafına şərait yaradacaq.
- 17/8/2022 İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyasına dəstək məqsədi ilə ictimaishura.az saytından istifadə haqqında video təlimat
İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyasına dəstək məqsədi ilə ictimaishura.az saytından istifadə haqqında video təlimat
- 16/8/2022 Son bir həftədə daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə təyin edilib
Prezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
- 15/8/2022 48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 48243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 17640 şəxs münasib işlərlə təmin edilib, 6157 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.
- 13/8/2022 Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən 54 nəfər əlilliyi olan uşağın reabilitasiyası yekunlaşıb.
- 13/8/2022 Ağalı kəndində ilk ailə təsərrüfatları yaradılıb
İşğaldan azad edilən ərazilərə böyük qayıdışın ilk iştirakçılarından olan Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin icrası ilə bağlı tədbirlər davam edir. Bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən kənd sakini olan 3 ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.