ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 1/8/2022 Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsi davam edir.
- 1/8/2022 Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ulu öndər Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
- 1/8/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb
Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.
- 1/8/2022 Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.
- 1/8/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 30/7/2022 İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib
Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb.
- 30/7/2022 “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
QHT.az xəbər verir ki, Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.
- 29/7/2022 Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl S.Babayev və Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.
- 28/7/2022 Yeni kənd qonaq evlərinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməsinə başlandı
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.
- 27/7/2022 Məişət zorakılığından zərər çəkənlərin sosial dəstək üçün etimad ünvanı – yeni videoçarx
Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insan çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarınMəişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi dan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan şöbə - belə şəxslər üçün etimad ünvanıdır.
- 27/7/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl tədbir iştirakçıları mərkəzdə yaradılan şəraitlə, təlim və yaradıcılıq bölmələri ilə tanış olublar.
- 26/7/2022 “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.
- 26/7/2022 Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı bu il 26,3 faiz, son 4 ildə 6,2 dəfə artıb
Dövlət başçısının tapşırıqları əsasında son illər aparılan köklü sosial islahatlar sosial ödənişlərin, o cümlədən Prezidentin aylıq təqaüdü ilə təmin olunanların da əhatə dairəsini xeyli genişləndirib. 2022-ci ilin 1 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.
- 25/7/2022 Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 441,6 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
- 24/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!