ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 22/2/2022 Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Füzuli rayonunda filialı yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bu il Füzuli rayonunda filialı yaradılacaq.
Agentliyin hazırda paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir.
- 22/2/2022 Özünüməşğulluq proqramı üzrə son bir həftədə 400-dən çox şəxs üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.
Həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
- 21/2/2022 Yaponiyanın ölkəmizdəki səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış olub.
- 21/2/2022 Sosial Xidmətlər Agentliyi Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur.
- 21/2/2022 İstedadlı əlillər ictimai birliyi - “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” layihəsi
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 19/2/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 18/2/2022 Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi şəhid ailələri və qazilərin sosial problemlərinin həllinə dəstək məqsədilə yeni layihəyə start verir.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial problemlərinin həllinə dəstək” adlı layihənin icrasına başlayıb.
- 17/2/2022 Qlobal Əlillik Sammiti - 2022
16 və 17 fevral 2022-ci il tarixlərində Beynəlxalq Əlillər Alyansı (BİA), Norveç Hökuməti və Qana Hökuməti (GDS22) ikinci Qlobal Əlillik Sammitinə ev sahibliyi etdilər. COVID-19 pandemiyası ilə əlaqədar və Sammitdə inklüziv iştirakın təmin edilməsi məqsədilə tədbir rəqəmsal platformada keçirilib. Sammitin məqsədi əlilliyi olan insanlar üçün davamlı dəyişiklik əldə etməkdir.
- 16/2/2022 Vətən müharibəsində yaralanmış 2659 hərbi qulluqçuya əlillik və 5300-dən çox sosial ödənişlər təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir.
- 16/2/2022 2022-ci ilin NOVRUZ çərşənbələri
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.
- 16/2/2022 Ümumilikdə 263 müharibə əlili yüksək texnologiyalı 276 protezlə təmin edilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı sahəsində ardıcıl işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ilin dekabr ayında bu istiqamətdə işlərə başlanıb. Ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.
- 16/2/2022 Prezident İlham Əliyevin yeni Fərmanı ölkəmizdə uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır
Bu gün Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.
- 15/2/2022 Əlilliyin yeni meyarlarının tətbiqi ilə bağlı sosial təminat məsələləri müzakirə olunub
Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.
- 15/2/2022 “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
AZE 15 fevral 2022-ci il tarixində “Karlara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Vişeqrad Fondu HumanDoc-un “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.