ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 9/10/2020 Nazir Sahil Babayev digər ölkələrdəki həmkarlarına, nazirliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı barədə müraciət ünvanlayıb.
Müraciətdə sentyabrın 27-dən başlayaraq Azərbaycanın hərbi birləşmələrinin mövqelərinin, yaşayış ərazilərinin Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qaldığı qeyd olunur. Nəticədə Azərbaycan tərəfindən hərbi qulluqçuların, içərisində uşaqlar, qadınlar, qocalar da olmaqla 30 mülki şəxsin həlak olduğu, 143 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 66 mülki obyektin, 427 fərdi yaşayış evinin yararsız vəziyyətə düşdüyü diqqətə çatdırılır.
- 6/10/2020 Cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramı üzrə 650 yeni ailə təsərrüfatı yaradıldı
Təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi, mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.
- 5/10/2020 Ermənistan Silahlı Qüvvələrinin Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərlərinin yaşayış məntəqələrinə raket atması birbaşa hərbi cinayətdir.
Raketlər reaktiv atəş yaylım sistemi olan Smerçdən atılıb: "Bunlar kassetli bombalarıdır. Sadəcə olaraq bəziləri açılmayıb. Ermənistan bu hərəkəti ilə Azərbaycanı total müharibəyə sürükləyir. Prosesin davamı olaraq Azərbaycan həmin raketlərin atəş nöqtəsini məhv etməlidir.
- 5/10/2020 Gəncə şəhəri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın Berd rayonu ərazisindən atəşə məruz qalır.
Gəncə şəhəri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın Berd rayonu ərazisindən atəşə məruz qalır. Ermənilərin Gəncəyə atdığı raketlər fərdi və çoxmərtəbəli yaşayış evlərinə, mülki obyektlərə düşüb. Bunun nəticəsində şəhər infrastrukturuna və əmlaka ziyan dəymiş, ölən və yaralananlar vardır.
- 4/10/2020 Növbəti qələbə
Azərbaycan Ordusu Suqovuşanı (Madagiz), Tərtər Azərbaycan Ordusu Suqovuşanı (Madagizi), Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralya, Şəybəy və Quyçaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini işğalçılardan azad etmişlər. Dağlıq Qarabağın oyuncaq hökumətinin "prezidenti" gizləndiyi bunkerdə Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə ağır yaralanmışdır.
- 2/10/2020 O GÜN UZAQDA DEYİL... QƏLƏBƏ BİZİMLƏDİR!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək.
- 1/10/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara MÜRACİƏTİ
“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud surətdə pozaraq Azərbaycanın işğal altında ərazilərində yerləşən mövqelərindən yeni ərazilərin işğalını məqsəd tutaraq ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutmüşdur.
- 30/9/2020 Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş
https://video.azertag.az/site/video/102935
AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
- 30/9/2020 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkib
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
- 28/9/2020 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MƏLUMATI
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.
- 27/9/2020 Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:
- 27/9/2020 Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ
Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı.
- 27/9/2020 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
- 27/9/2020 Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü
Əlil Təşkilatları İttifaqı
- 25/9/2020 Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.