ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 8/10/2021 FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ
01-10 oktyabr tarixlərində Bakı İdman sarayında keçirilən kitab sərgisində iştirak edirik. Neçə-neçə əlil insanım öz əl əməyi, göz nurunu sataraq özləri özlərinə dəstək oldu. Sərgi 9 və 10 oktyabr tarixlərində davam edəcək. FƏRQLİ İNSANLARLA FƏRQLİ İŞLƏR OLACAQ.
- 8/10/2021 Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - “ictimaishura.az” saytının təqdimatı keçirilib.
Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.
- 8/10/2021 Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib
Şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi üçün yaradılmış Əlaqələndirmə Komissiyasının iclası keçirilib.
- 8/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 7/10/2021 Bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər təqdim olunub
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan şəxsə mənzillər verilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər.
- 7/10/2021 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 1994-cü il 15 yanvar tarixli 10 nömrəli, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin,
- 7/10/2021 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 22 yanvar tarixli 12 nömrəli, “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 31 yanvar tarixli 17 nömrəli,“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2013-cü il 5 noyabr tarixli 320 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi
- 7/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 7/10/2021 Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib
Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.
- 7/10/2021 “Dəmir qanadlı” şəhidin övladları DSMF sədri ilə bir gün keçirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Tut əlimdən”in budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov olub.
H.Məmişov Vətən Müharibəsi Qəhrəmanı, şəhid “Dəmir qanadlı” ləqəbli pilot Ramiz Qasımovun övladları ilə bir gün keçirib.
- 6/10/2021 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub. Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST mərkəzlərinin fəaliyyətindən bəhs edib.
- 5/10/2021 Prezident İlham Əliyev əvvəlcə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.
- 5/10/2021 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
- 5/10/2021 Yuxarı ətrafları amputasiya olunmuş qazilərin son nəsil protezlərlə təminatına başlandı
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərin protezlərlə təmin edilməsi tədbirində iştirak edib, son nəsil protezlərlə təmin edilən qazilərdən bir qrupu ilə görüşüb.
- 5/10/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu