ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 2/7/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 1/7/2021 Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub

- 30/6/2021 Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində əl işlərinin sərgisi açılıb
DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb. 30 iyun saat 13:00-dan 16:00-dək, 1-2 iyul saat 11:00-dan 16:00-dək olmaqla üç gün davam edəcək sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş olunur.
- 29/6/2021 Vahid əlaqələndirmə mərkəzlərində “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcəkşlığı
Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
- 26/6/2021 Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və müharibədə xəsarət alanlara, müharibə əlillərinə hansı xidmətlər göstəriləcək?
Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiqlənib.
- 25/6/2021 Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək
Prezident İlham Əliyevin imzaladığı yeni “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli Fərmanı qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır. Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq.
- 25/6/2021 “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən dastanı” filminin təqdimatı olub
Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanmış, şəhid və qazilərimiz haqqında məlumatları özündə cəmləşdirən “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən Dastanı” filminin təqdimatı olub. Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, QHT nümayəndələri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.
- 25/6/2021 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindən daha 30 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
- 22/6/2021 “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişikliklər olunub
İyunun 22-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri, Milli Məclisə təşrif buyurması və deputatlar qarşısındakı çıxışı barədə fikirlərini bölüşüb.
- 22/6/2021 BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə artıq 500-dən çox şəxsin biznes-planı təsdiqlənib. Həmin şəxslərin dayanıqlı biznes qurmaları üçün aktivlərlə təminatı işləri aparılır.
- 22/6/2021 Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub
Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi işləri davam edir. Bu günədək artıq 700-dək qaziyə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub.
- 21/6/2021 Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - Video
https://www.youtube.com/watch?v=76oU-obUNZI
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.
- 21/6/2021 Əsassız əlillik təyin edənlərlə bağlı ciddi tədbirlər görülür
Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təmin olunması işləri davam etdirilməklə yanaşı, eyni zamanda, bu sahədə qanunsuzluğa yol verənlərlə, əsassız əlillik təyinatlarına şərait yaradanlarla bağlı tədbirlər görülür.
- 19/6/2021 Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunları təsdiq edib və bununla əlaqədar Fərmanlar imzalayıb.
- 19/6/2021 Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub
Milli Observatoriyanın sədri Elşən Əsədov şura üzvlərinə qurumun fəaliyyət istiqamətləri, demoqrafiya, əmək bazarı, təhlil və proqnozların hazırlanması sahəsində gördüyü işləri, yeni layihələri barədə məlumat verib. Əlilliyi olan şəxslər üçün hazırlanmaqda olan Virtual İnnovasiya Parkı layihəsindən də bəhs olunub.