27 May 2022-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

13/2/2020 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır. Onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olmaqla, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.  

Daha ətraflı

11/2/2020 Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi  internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət  və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.  

Daha ətraflı

10/2/2020 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya müəssisələrinin  müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi işləri bu il də davam edəcək.

Belə ki, 2020-ci ildə Xaçmaz, Şəki, Lənkəran, Şirvan şəhərlərində hər biri ildə 700 şəxsə xidmət göstərəcək bərpa mərkəzləri və ildə 6500 şəxsə xidmət göstərəcək Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.  

Daha ətraflı

6/2/2020 Pensiyalar 16,6 faiz artırıldı

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında”  6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6  faiz artırılır.  

Daha ətraflı

31/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

 

İclasda 2019-cu ilin yekunlarına dair məsələlər eləcə də nazirliyin il ərzində sosial islahatların aparılması istiqamətində gördüyü işlər, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı aparılan işlər müzakirə olunub. 


 

Daha ətraflı

28/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

Yaşa, əlilliyə, ailə  başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir.  

Daha ətraflı

27/1/2020 Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.  

Daha ətraflı

24/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü

Vətəndaşlarla görüşdə nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq, sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.  Sahil Babayev, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib,  sosial inkişaf  sahəsində əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.  

Daha ətraflı

21/1/2020 Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?

Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq “terror hadisələri ilə əlaqədar” səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb.  

Daha ətraflı

19/1/2020 TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ

   

Daha ətraflı

18/1/2020 Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək

2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.    

Daha ətraflı

17/1/2020 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin və b. iştirak etdiyi tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.  

Daha ətraflı

16/1/2020 "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI

BMT-nin Azərbaycandakı İdarə Heyəti Azərbaycan Hökuməti ilə birgə dayanıqlı inkişaf üzrə 2021-2025-ci illəri əhatə edən növbəti Əməkdaş lıq Çərçivə sənədinin tərtibatına başlamışdır. Sənədin hazırlanması üçün əsas mərhələlərdən biri müxtəlif maraqlı tərəflərin iştirakı ilə Strateji Prioritetləşdirmə Seminarının (SPS) təşkilidir.   

Daha ətraflı

16/1/2020 Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu

“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 

Daha ətraflı

15/1/2020 Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.

Bu gün Azərbaycan Milli Karate Federasiyasi "Səssiz Dünya" işarət dilində danişan əlilliyi olan şəxslərə və idmancilara dəstək Ictimai Birliyi və Karla ra dəstək ictimai birliyi arasinda əməkdaşliga dair anlaşma memorand​umu imzalandı. Memoranduma əsasən esitmə və danisma imkanlari məhdud uşaqlar və gənclər arasında Karate idman növünü inkisaf etdirmək niyyəti ilə anlaşma əldə olundu.  

Daha ətraflı




Flag Counter






» 25/5/2022- Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb

» 25/5/2022- Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

» 24/5/2022- Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi

» 23/5/2022- Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib

» 22/5/2022- “Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!