ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 26/7/2021 BMT-nin Komissiyası Azərbaycanı fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsinə malik ölkələr sırasında təqdim edib
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin nəticələri əsasında Azərbaycan həmin sahədə müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib. Layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.
- 26/7/2021 İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI
1. Kommunal sahə üzrə: 1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat; 1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi; 1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.
- 26/7/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 23/7/2021 Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi
Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməklə, yeni maddə əlavə edilib. Maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.
- 17/7/2021 Общественный совет при БТА обсудил план действий
Состоялось заседание Общественного совета при Бакинском транспортном агентстве. На заседании, организованном в формате видеоконференции, были обсуждены план деятельности Общественного совета на 2021-2022 годы и текущие вопросы.
- 17/7/2021 Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb
Azərbaycan media nümayəndələri 44 günlük Vətən müharibəsində də yüksək vətənpərvərlik ruhu ilə şanlı Zəfərimizə öz dəyərli töhfələrini verdi. Media nümayəndələri sırasında ön cəbhədə döyüşdə iştirak edənlər də az olmadı. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi qaziləri olan bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə deyib.
- 17/7/2021 Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son 6 ayda gördüyü işlər, sosial müdafiə sahəsindəki icra vəziyyəti müzakirə olunub. İclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulanıb, Fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi bildirilib.
- 16/7/2021 Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb
2021-ci ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. Onlardan 11-i qız, 20-si oğlandır.
- 16/7/2021 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilmişdir:
- 16/7/2021 Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov 100 illik yubileyini qeyd edən Universitetin müasir çağırışlara cavab verən kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.
- 15/7/2021 “Fərdi elektron pəncərə”
Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması, onlara göstərilən hüquqi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli Fərmanı
- 14/7/2021 Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib
https://video.azertag.az/site/video/120883
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
- 13/7/2021 Bu ilin 6 ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir. Bu ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 525 şəxsə əlillik təyin edib. Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.
- 7/7/2021 Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
Marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
- 7/7/2021 Serbiya nümayəndə heyəti ölkəmizin reabilitasiya sistemi ilə tanış olublar
