ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 7/7/2021 Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
Marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
- 7/7/2021 Serbiya nümayəndə heyəti ölkəmizin reabilitasiya sistemi ilə tanış olublar

- 7/7/2021 Bakı üçün ilk olan velosiped yolu layihəsinin ilk fazası icra edilib.
https://www.facebook.com/Bakutransport/videos/523585978783282
Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq bildirildiyi kimi, velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlanaraq icra olunmaqdadır.
- 6/7/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş olub
Ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.
- 6/7/2021 Gənclər Fondunun gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsi
5 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsində iştirak etmək üçün 24 iyul 2021-ci il saat 18:00-dək layihə təkliflərini təqdim etməyə dəvət edir.
- 2/7/2021 Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxs üçün kiçik təsərrüfat yaradıldı
Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlardan 320 nəfəri şəhid ailəsi üzvü, 300 nəfəri isə Vətən müharibəsi qazisidir. Proqrama cəlb olunan şəxslərin ilk olaraq özünüməşğulluqlarının təşkili üçün şəraitlərinin qiymətləndirilməsi həyata keçirilib və təlimlərə cəlb ediliblər.
- 2/7/2021 Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib. Həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.
- 2/7/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 2/7/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 1/7/2021 Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub

- 30/6/2021 Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində əl işlərinin sərgisi açılıb
DOST Agentliyinin 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin 3 aylıq kurslarını bitirən əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb. 30 iyun saat 13:00-dan 16:00-dək, 1-2 iyul saat 11:00-dan 16:00-dək olmaqla üç gün davam edəcək sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş olunur.
- 29/6/2021 Vahid əlaqələndirmə mərkəzlərində “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcəkşlığı
Prezident İlham Əliyevin imzaladığı 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
- 26/6/2021 Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və müharibədə xəsarət alanlara, müharibə əlillərinə hansı xidmətlər göstəriləcək?
Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiqlənib.
- 25/6/2021 Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə xidmətlər vahid məkandan həyata keçiriləcək
Prezident İlham Əliyevin imzaladığı yeni “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 25 iyun 2021-ci il tarixli Fərmanı qeyd edilən kateqoriyalara aid vətəndaşlara xüsusi diqqət və qayğının davamıdır. Fərmanla həmin şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılacaq.
- 25/6/2021 “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən dastanı” filminin təqdimatı olub
Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanmış, şəhid və qazilərimiz haqqında məlumatları özündə cəmləşdirən “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən Dastanı” filminin təqdimatı olub. Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, QHT nümayəndələri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.