ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 27/1/2021 Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən QHT.az-a bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqın da” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
- 27/1/2021 Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 28/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 28/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 24/1/2021 “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”” İctimi Birliyi nəzdində fəaliyyət göstərən “Koxlear İmplant” qrupunun hesabatı
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi zəif eşidən, eşitmə cihazı və koxlear implant daşıyıcısı olan uşaq və yeniyetmələrlə də işləyir.
- 25/1/2021 Prezident İlham Əliyevdən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha bir qayğı
Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
- 21/1/2021 Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.
- 20/1/2021 Milli iradəmizin zəfər çaldığı gün.
- 18/1/2021 Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib.
- 18/1/2021 2021-ci ilin hansı sosial hədəfləri var?
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
- 18/1/2021 “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”
“Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” Yardımlı, Pirallahı, Bakı-Səbail, Sumqayıt şəhər və rayonlarında layihəyə100 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb olunmuşdur. Cəlb olunan uşaqlara xidmətlər iki istiqamətdə, evlərdə səyyar sosial xidmətlərin göstərilməsi və onlayn formada həyata keçirilmişdir. Bunun əsas səbəblərindən biri də layihənin fəaliyyət dövrü Koronavirus (Covid 19)Pandemiya dövrünə düşdüyündən ailələrdə bu virusun yoluxma qorxusundan arzu və istəkləri nəzərə alınmışdır.
- 15/1/2021 Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
https://video.azertag.az/site/video/110835
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
- 15/1/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi
Qısa müddətdə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.
- 14/1/2021 Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı
Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Qərarına əsasən, qeyd edilən tibbi-sosial ekspertizanın aparılması məsələlərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə komissiya yaradılıb.
- 13/1/2021 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.
01.01.2021-ci il tarixdən tədavülə buraxılacaq yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə elementləri Azərbaycan Mərkəzi Bankı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və müh afizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan etmişdir.