ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 1/9/2020 Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər üçün sosial-psixoloji reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə xüsusi bölmələr yaradılıb.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində yaradılan sosial-psixoloji reabilitasiya bölmələrinə psixoloq, abilitoloq və təlimatçılar cəlb olunacaq.
- 31/8/2020 Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Siyəzən, Xızı, Şabran, Xaçmaz, İsmayıllı, Qəbələ və Oğuz rayonlarında davam etdirib.
Həmin 7 rayon üzrə 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 896 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq onlara təqdim edilib.
- 28/8/2020 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- 28/8/2020 “Benefisiar sahibliyin açıqlanması”
Avqustun 27-də, saat 11.00-da “Benefisiar sahibliyin açıqlanması” mövzusunda ZOOM vebinarı keçirilmişdir.
- 27/08/2020 Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki,
- 26/8/2020 Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə çatışmazlığı olan şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.
Qeyd edək ki, koxle ar implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə çatışmazlığı olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə çatışmazlığı şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir, bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.
- 25/8/2020 Xaçmaz Reabilitasiya Mərkəzi əvvəl və indi
Əvvəl:
http://udpo.az/read.php?lang=1&content=2329
İndi:
http://udpo.az/read.php?lang=1&content=2727
- 25/8/2020 Reabilitasiya vasitələri əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında davam etdirib.
Həmin 8 rayon üzrə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.
- 24/8/2020 Tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə yeni “Bərabərik” adlı layihəsinə başlanacaq.
https://www.youtube.com/watch?v=6nVkEqUCJ4Q
Layihə “MTV Azərbaycan”da istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişləri əhatə edir.
Məqsəd əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
- 21/8/2020 Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə növbəti ikinci onlayn görüş keçirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin vətəndaş cəmiyyəti, xüsusilə əlilliyi olan şəxslərin təşkilatları ilə birgə əməkdaşlıqla həyata keçirir. Bu məqsədlə müfafiq QHT-lərlə daim məsləhətləşmələr aparılır, iştirakçılığın genişlənməsinə diqqət verilir.
- 19/8/2020 “Kənd yerlərində əlilliyi olan şəxslər üçün hüquqi yardım xidmətlərinin inkişaf etdirilməsi” layihəsi
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların inkişafı və inklüziv tərəqqini artırmaq məqsədilə icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramı çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslər üçün hüquqi yardım xidmətlərinin inkişaf etdirilməsi” layihəsini qazanmışdır.
- 18/8/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
- 18/8/2020 WEB
Xəbərin Anonsu
- 18/8/2020 Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə onlayn görüş keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 31 yanvar 2020-ci il tarixli müvafiq əmri ilə dövlət monitorinqinin həyata keçirilməsi üzrə 2020-ci il üçün tədbirlər planı təsdiq edilmişdir.
- 17/8/2020 Vebinar: sosial sahibkarlıq
Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir.