ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 28/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?
Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir.
- 27/1/2020 Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2400-ə yaxın əlilliyi olan şəxs kiçik ailə təsərrüflarını qurmaq üçün potensialları nəzərə alınmaqla həmin proqrama cəlb edilib.
- 24/1/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Salyan, Cəlilabad və Biləsuvarda 4 rayonun sakinləri ilə görüşdü
Vətəndaşlarla görüşdə nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq, sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Sahil Babayev, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib, sosial inkişaf sahəsində əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
- 21/1/2020 Göndərişlərin verilməsi və əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
Belə ki, yeni qaydalara əsasən, artıq əlillik səbəbi ümumi və xüsusi olmaqla iki qrup üzrə müəyyən edilib. Həmçinin əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq “terror hadisələri ilə əlaqədar” səbəbi də əlavə olunub, əlilliyin qiymətləndirilməsi üçün verilmiş göndərişlərin qüvvədə olma müddəti (1 ay) ilə bağlı məhdudiyyət aradan qaldırılıb.
- 19/1/2020 TARİXMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
- 18/1/2020 Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək
2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi.
- 17/1/2020 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar nazirlikdə tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadənin və b. iştirak etdiyi tədbirdə əvvəlcə 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.
- 16/1/2020 "BMT-AZƏRBAYCAN ÇƏRÇİVƏ SƏNƏDİ"NİN HAZIRLANMASI MÜZAKİRƏ EDİLİR STRATEJİ PRİORİTETLƏŞDİRMƏ SEMİNARI
BMT-nin Azərbaycandakı İdarə Heyəti Azərbaycan Hökuməti ilə birgə dayanıqlı inkişaf üzrə 2021-2025-ci illəri əhatə edən növbəti Əməkdaş lıq Çərçivə sənədinin tərtibatına başlamışdır. Sənədin hazırlanması üçün əsas mərhələlərdən biri müxtəlif maraqlı tərəflərin iştirakı ilə Strateji Prioritetləşdirmə Seminarının (SPS) təşkilidir.
- 16/1/2020 Əlilliyin təyin olunması meyyarlarında dəyişiklik olundu
“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
- 15/1/2020 Üç təşkilat arasında anlaşma memorandumu bağlanmışdır.
Bu gün Azərbaycan Milli Karate Federasiyasi "Səssiz Dünya" işarət dilində danişan əlilliyi olan şəxslərə və idmancilara dəstək Ictimai Birliyi və Karla ra dəstək ictimai birliyi arasinda əməkdaşliga dair anlaşma memorandumu imzalandı. Memoranduma əsasən esitmə və danisma imkanlari məhdud uşaqlar və gənclər arasında Karate idman növünü inkisaf etdirmək niyyəti ilə anlaşma əldə olundu.
- 15/1/2020 #BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir.
#BizBirik komandası 2020-ci ildə də öz işini davam etdirir. Bu il də maraqlı həyat hekayələri olan, isdedadlı əlilliyi olan şəxsləri sizlərə təqdim edəcəyik. Ne cə deyərlər hekayələrimiz fərqli olsa da #bizbirik
- 14/1/2020 BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub. Görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin müşaviri Şəms Mustafayeva da iştirak ediblər.
- 13/1/2020 Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuldu.
https://www.youtube.com/watch?v=vC5PYCTINlo Qeyri-formal məşğulluğa qarşı mübarizə kampaniyasına xalq artisti Tünzalə Ağayeva da qoşuld u.
- 11/1/2020 Ötən il nazirlik əlilliyi olan şəxsləri 38 mindən çox reabilitasiya vasitəsi ilə təmin edib
2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 9682 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1069 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
- 10/1/2020 ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət qurumları ilə əlaqələr üzrə menecer Azər Allahverənov layihə barədə məlumat verib. O, bildirib ki, tədbirin əsas məqsədi uşaqların yollarda üzləşdiyi təhlükələrin araşdırılması,