ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 4/10/2020 Növbəti qələbə
Azərbaycan Ordusu Suqovuşanı (Madagiz), Tərtər Azərbaycan Ordusu Suqovuşanı (Madagizi), Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralya, Şəybəy və Quyçaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini işğalçılardan azad etmişlər. Dağlıq Qarabağın oyuncaq hökumətinin "prezidenti" gizləndiyi bunkerdə Azərbaycan Ordusunun dəqiq zərbəsi ilə ağır yaralanmışdır.
- 2/10/2020 O GÜN UZAQDA DEYİL... QƏLƏBƏ BİZİMLƏDİR!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək.
- 1/10/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara MÜRACİƏTİ
“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud surətdə pozaraq Azərbaycanın işğal altında ərazilərində yerləşən mövqelərindən yeni ərazilərin işğalını məqsəd tutaraq ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutmüşdur.
- 30/9/2020 Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş
https://video.azertag.az/site/video/102935
AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
- 30/9/2020 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkib
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
- 28/9/2020 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MƏLUMATI
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.
- 27/9/2020 Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:
- 27/9/2020 Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ
Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlamışdı.
- 27/9/2020 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
- 27/9/2020 Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü
Əlil Təşkilatları İttifaqı
- 25/9/2020 Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemində 1 milyon 600 mindən çox müqavilə bildirişi mövcuddur. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən altsistem üzərindən mütəmadi təhlillər, analizlər və nəzarət tədbirləri həyata keçirilir.
- 24/9/2020 Online discussion on the Web Accessibility Directive starts
Online discussion on the Web Accessibility Directive starts
- 23/9/2020 "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"
Bildiyiniz kimi, BMT-nin Əhali Fondu (UNFPA) gender bərabərliyinin təşviqi, gender əsaslı zorakılıq və məişət zorakılığının qarşısının alınması istiqamətləri üzrə Azərbaycan hökuməti ilə birgə bir sıra proqram və layihələr həyata keçirir.
- 23/9/2020 Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq
Əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır.
- 22/9/2020 Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında davam etdirib.