ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 6/4/2019 1-ci “Fərqli Fərdlər” konqresi keçirildi
Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.
- 5/4/2019 QHT Gürcüstanlı həmkarrı ilə memorandum imzalayıb

- 4/4/2019 Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 (beş yüz min) manat ayrılıb.
- 3/4/2019 Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi
03 mart 2019-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vətəndaşlar və qeyri-kommersiya təşkilatları üçün yeni xidmət mərkəzini təqdim etmişdir.
- 3/4/2019 Əlilliyi olan şəxslərə qulluq edənlərə təqaüdün təyini üçün hansı sənədlər tələb olunacaq?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.
- 2/4/2019 2 Aprel - Dünya Autizmi Məlumatlandırma Günüdür.
Autizm sözü yunan autos sözünün kökündən gəlir, yunan dilində autos sözünün mənası öz və ya özü deməkdir. İlk dəfə autizm (autismus) sözündən məşhur isveşrəli psixiatr E. Bleuler istefadə etmişdir. 1910-cu ildə Bleuler autizm termini ilə şizofreniya xəstələrində müşahidə olunan özünə qapanma və ətrafdakı dünyadan təcrid olunma əlamətlərini təsvir etmişdir.
- 1/4/2019 “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Almaniyanın Paytaxtı Berlin şəhərində, Bundestaqda “Əlilliyi olan şəxslərin mədəniyyət, turizm və idman sahəsində tam iştirakı – maneəsiz həyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Beynəlxalq Əlil Təşkilatları Birliyinin üzvləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Almaniya Bundestaqının üzvləri iştirak etmişlər.
- 1/4/2019 Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb
Açıq Çempionatın qrup mərhələsində komandamız ilk oyunu Macarıstan yığması ilə keçirilib. Macarlara 3-2 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə Xorvatiya yığması ilə qarşılaşıb.
- 24/3/2019 İdmançılarımıza uğurlar arzulayırıq!
25 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası, baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında 25 mart - 01 aprel tarixlərində Xorvatiyada keçiriləcək Açıq Regional Çempionatda iştirak etmək üçün yola düşüblər.
- 14/3/2019 “Müyəssər Metro”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərin xüsusi qayğısı nəticəsində həmin şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının ildən-ilə genişləndiyini vurğulayıb.
- 14/3/2019 "Xeyirə vəsilə" adlı IV Satış sərgisi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 nəfər gənc "Xeyirə vəsilə" adlı IV Satış sərgisində iştirak ediblər.
- 13/3/2019 DİM - təlimçilər üçün təlim keçirilmişdir
11 – 13 mart 2019 – cu il tarixdə Bakıda BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli və yerli səviyyələrdə icrasına dair vəkillik, monitorinq və qiymətləndirmə işinin aparılmasında QHT – lərə dəstək təlimçilər üçün təlim keçirilmişdir.
- 9/3/2019 Əlil Təşkilatları İttifaqı üzvlərinin müraciəti Prezidentin rəsmi internet saytına qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhalinin sosial müdafiəsiningücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı müxtəlif əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müavinətlərini 2 dəfədən çox artırmışdır. Bu sərəncam əlilliyi olan şəxslərimizin həyat şəraitinin keyfiyyətli və hiss ediləcək səviyyədə yüksəlməsinə müsbət təsir edəcəkdir.
- 9/3/2019 Əlil Təşkilatlar İttifaqınnda 8 mart bayramı qeyd olunmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqına (ƏTİ) üz olan qadın təşkilat rəhbərləri ilə görüş keçirilmişdir. ƏTİ-nin prezidenti Davud RƏHİMLİ və vitse przidenti Ayaz Hüseynov qadınları təbrik etmiş onlara can sağlığı, ailə səadəti yeni uğurlar arzulamışlar.
- 7/3/2019 Qadınlar günü münasibətilə Peşə Reabilitasiya Mərkəzindəki xanımlarla görüş olub.
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənc xanımlarla görüşüb.