ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 5/5/2020 Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir.
- 4/5/2020 Xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər
Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddəti ərzində DOST Agentliyində əhaliyə göstərilən xidmətlər üzrə gündəlik statistik icmalı.
- 2/5/2020 Bu ay Lənkəranda əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisəsi istifadəyə veriləcək
Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək.
- 2/5/2020 Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb.
- 1/5/2020 Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib
Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və digər əsas və köməkçi reabilitasiya vasitələri ilə təmin olunub. Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.
- 28/4/2020 "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.
Bu dəfə "Jest dilində məlumatlandırma" layihəsi çərçivəsində , Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin video roliki, Jest dilinə tərcümə olunub.
- 23/4/2020 Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir
Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.
Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.
- 19/4/2020 Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
- 18/4/2020 İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü
İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürüldü.
Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
- 16/4/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.
Konfransda COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət, görülən işlər və Əlil Təşkilatları İttifaqının Dövlət qeydiyyatından keçməsinin 15 illiyi müzakirə olunmuşdur.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ölkə prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın apardıqları qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alnmasını qeyd etmişdir.
- 14/4/2020 Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi
Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
- 8/4/2020 "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məlumatlandırma aparılacaq.
https://cloud.mail.ru/stock/51EKREkLSHdNC3ibpzJb7pYt
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində, eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirəcək.
- 7/4/2020 Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
- 7/4/2020 Ünvanlı sosial yardım alınmasında güzəşt
Ünvanlı sosial yardım alma müddəti aprel may ayları müddətində uzadılmışdır. Yəni müddətin bitməsinə baxmayaraq avtomatik olaraq müddət uzadılır və bunun üçün əlavə sənədlərin toplanmasına ehtiyac yoxdur.
- 17/3/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb.