ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 31/7/2019 Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “AAAF-PARK” İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə "İstedadlı Əlillər” İctimai Birliyi əlilliyi olan istedadlı insanların iştrakı ilə konsert və sərgi təşkil etdi.
- 31/8/2019 Azərbaycan Respublikasının Himni işarət dilində
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “ Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlanmışdır.
- 30/7/2019 "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"
30 iyul 2019-cu il tarixində "20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" adlı layihənin yekun tədbirini Beynəlxalq Mətbuat Mərkəzində keçirib.
- 29/7/2019 Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sifarişləri üzrə layihələrin monitorinqinə başlamışdır. Monitoriqlər bütün mövzular və fəaliyyət istiqamətlər üzrə aparılacaqdır. Bundan əvvəlki illərdə aparılmış monitorinqlər göstərmişdir ki, layihələrin icrasında keyfiyyətli icra ilə bərabər çatışmazlıqlar da çoxdur.
- 29/7/2019 SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təqdim etdiyi brend- SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi)
- 29/7/2019 Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə
Xidmət çərçivəsində Bərdə rayonunun Yenidaşkənd (ətraf kəndlər daxil olmaqla), Bacirəvan (ətraf kəndlər daxil olmaqla) kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmişdir. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olmuşdur.
Qeyd olunan ərazi vahidlərində yaşayan 32 nəfər əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilmişdir.
- 20/7/2019 Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 19 iyul tarixində Bakı şəhəri Milli Hüquq evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil etdi.
- 19/7/2019 Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.
9 -19 iyul 2019 – cu il tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir. Forumda Azərbaycandan hə hökumət, həm də qeyri-hökumət təşkilatları nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
- 18/7/2019 “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”
Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin sosial m üdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 11 iyul 2019-cu il tarixində saat 10:30-da Yardımlı rayonu Mədəniyyət evində nəzərdə tutulduğu kimi keçirildi.
- 11/7/2019 “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu
Bu gün Azərbyacan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı Sərəncamla ilə təltif olunduğum “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu. Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm.
- 10/7/2019 Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Alpan və Vəlvələ kəndində əlilliyi olan şəxslərin hüquqa çatımının asanlaşdırmaq məqsədi ilə seminar – təlimlər keçirilmişdir. Seminar təlimlər qeyd olunan kəndlərin ətrafında olan kəndlərdən də əlilliyi olan şəxsləri cəlb olunması ilə cəmi 52 nəfəri əhatə etmişdir.
- 2/7/2019 “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Də“Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” stəyi Şurasının maliyyə dəstəyi ilə adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki,
- 31/7/2019 “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”
Masallı rayonu Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması” mövzusunda tədbir keçirilib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
- 30/7/2019 “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”
Masallı rayonu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyində “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.
- 29/7/2019 “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”
Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxs lərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 27 iyun 2019-cu il tarixində saat 10:00-da Masallı rayonu Gənclər Mərkəzində nəzərdə tutulduğu kimi keçirildi.