7. Xüsusi təhsil müəssisələri haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
"Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"yə dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 9-cu bəndinin on üçüncü abzasına "Əqli cəhətdən zəif inkişaf etmiş şəxslər üçün xüsusi təhsil müəssisələrində lazımi tədris-maddi baza və kadr potensialı olduqda, şagirdlərə müvafiq peşələr verilir. Bu müəssisələrdə təhsil müddəti 10 ildir (I-X siniflər)." cümlələri əlavə edilsin.
-
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 mart 2005-ci il
№ 41