Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 mart 2004-cü il
№ 24
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər
xüsusi təhsil müəssisələri haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
karlar və zəifeşidənlər;
korlar və zəifgörənlər;
ağır nitq qüsurları olanlar;
dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;
əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);
emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;
psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;
mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığı, əqli və psixi ləngimələri) olanlar.
nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;
eşitmə pozulmaları olanlar (karlar, zəifeşidənlər və sonradan karlaşanlar);
görmə pozulmaları olanlar (korlar, zəifgörənlər, çəpgözlər və s.);
əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;
dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar;
ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
xroniki somatik xəstəlikləri olanlar.
|
3 yaşa qədər |
3-7 yaşa qədər |
kor uşaqlar |
6 |
6 |
zəifgörən, çəpgöz və ambliopiyalı uşaqlar |
6 |
6 |
kar uşaqlar |
6 |
6 |
zəifeşidən uşaqlar |
6 |
8 |
nitqi ümumən inkişaf etməyən uşaqlar |
6 |
10 |
kəkələyən uşaqlar |
8 |
10 |
nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar |
- |
12 |
əqli cəhətdən qüsurlu uşaqlar |
6 |
6 |
dayaq-hərəkət orqanları qüsurlu uşaqlar |
6 |
6 |
mürəkkəb çatışmazlıqları olanlar |
_ |
6 |
|
|
|
kor uşaqlar üçün;
zəifgörən uşaqlar üçün;
çəpgöz və ambliopiyalı uşaqlar üçün.
Qruplar uşaqların yaş səviyyəsinə uyğun təşkil olunur:
kiçik qrup 2-3 yaşdan 3-4 yaşadək;
orta qrup 3-4 yaşdan 4-5 yaşadək;
böyük qrup 4-5 yaşdan 5-6 yaşadək;
hazırlıq qrupu 6 yaşdan 7 yaşadək.
Kar, lakin nitq qabiliyyətini tam itirməmiş uşaqlar zəifeşidən uşaqlar üçün qrupa təyin olunurlar.
Bu tip məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:
birinci il qrupu 2 yaşdan 3 yaşadək və ya 3-4 yaşadək;
ikinci il qrupu 3 yaşdan 4 yaşadək və ya 4-5 yaşadək (birinci ilin proqrammı keçmiş uşaqlar);
üçüncü il qrupu 4 yaşdan 5 yaşadək və ya 5 yaşdan 6 yaşadək (ikinci ilin proqrammı keçmiş uşaqlar);
dördüncü il qrupu 5 yaşdan 6 yaşadək və ya 6 yaşdan 7 yaşadək (üçüncü ilin proqrammı keçmiş uşaqlar);
beşinci il qrupu 6 yaşdan 7 yaşadək (dördüncü ilin proqramını keçmiş uşaqlar).
Qeyd. Xüsusi şərait yaradılan ümumi təyinatlı məktəbəqədər təhsil müəssisələrində eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün qruplar uşaqların nitqlərinin vəziyyətindən asılı olaraq yalnız eyni yaşlı və ya müxtəlif yaşlılarla komplektləşdirilir. Məktəbəqədər xüsusi təhsil müəssisəsinə yeni qəbul edilmiş uşaq yaşından asılı olmayaraq birinci il qrupuna təyin olunur. Birinci ilin proqramını keçməyən 5-6 yaşlı uşaqlar müstəqil qruplara təyin olunur və il ərzində birinci 3 ilin proqramı keçirilir.
12. Əqli cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar yaş səviyyəsinə görə belə komplektləşdirilir:
kiçik qrup 3-4 yaşdan 4-5 yaşadək; 3-4 yaşdan 4-5 yaşadək;
orta qrup 4-5 yaşdan 5-6 yaşadək;
böyük qrup 5 yaşdan 6 yaşadək;
hazırlıq qrupu 6 yaşdan 7-8 yaşadək.
13. Nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində qruplar nitq qüsurunun ağırlıq dərəcəsi nəzərə alınmaqla təşkil edilir:
nitqi ümumən inkişaf etməyən (rinolaliya, dizartriya, alaliya, afaziya) uşaqlar üçün;
kəkələyən uşaqlar üçün;
nitqi fonetik cəhətdən inkişaf etməyən (dislaliya, rinolaliya, dizartriya) uşaqlar üçün.
Həmin qruplarda yaş səviyyəsi aşağıdakı qaydada müəyyənləşdirilir:
nitqi ümumən inkişaf etməyən uşaqlar üçün qrupda:
kiçik qrup 3 yaşdan 4 yaşadək;
orta qrup 4 yaşdan 5 yaşadək;
böyük-hazırlıq qrupu 5 yaşdan 6-7 yaşadək.
Kəkələyən uşaqlar üçün qrupa 2 yaşdan yuxarı yaş səviyyəsi nəzərə alın-maqla kəkələmə diaqnozlu uşaqlar qəbul edilir.
Nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar üçün qrupa isə 5 yaşdan 6-7 yaşadək uşaqlar qəbul edilir.
Məktəbəqədər xüsusi təhsil müəssisələrində nitqi qüsurlu uşaqlara kömək məqsədilə loqopedik xidmət təşkil edilir.
Qeyd. Uşağın nitqinin vəziyyəti və yaşından asılı olaraq onun məktəbəqədər xüsusi təhsil müəssisəsində qalmağının müddəti dəyişə bilər. Müddətin uzadılması yalnız psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə əsasən həyata keçirilir.
kiçik qrup 3-4 yaşdan 4-5 yaşadək;
orta qrup 4-5 yaşdan 5-6 yaşadək;
böyük qrup 5 yaşdan 6 yaşadək;
hazırlıq qrupu 6 yaşdan 7-8 yaşadək.
kiçik qrup 3-4 yaşdan 4-5 yaşadək;
orta qrup 4-5 yaşdan 5-6 yaşadək;
böyük qrup 5 yaşdan 6 yaşadək;
hazırlıq qrupu 6 yaşdan 7-8 yaşadək.
körpələr evi-uşaq bağçası 24 saatlıq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla);[1]
uşaq bağçası 12 saatlıq (5-6 günlük);
körpələr evi-uşaq bağçası
(ümumi təyinatlı) 12 saatlıq (5-6 günlük);
bağçalarda qruplar 12 və ya 24 saatlıq (5-6 günlük).
II. TƏLİM-TƏRBİYƏ İŞİNİN TƏŞKİLİ
III. MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ
TİBBİ XİDMƏT
IV. UŞAQLARIN MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ GÖNDƏRİLMƏSİ, QƏBUL EDİLMƏSİ VƏ XARİC EDİLMƏSİ QAYDALARI
psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi;
uşağın inkişafı tarixindən çıxarış;
yoluxucu xəstəliklərlə təmasda olmaması haqqında arayış.
a) görmə qabiliyyəti qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:
kəskin əqli geriliyi olanlar;
ruhi xəstələr (şizofreniya və ağıl zəifliyi);
kar, zəifeşidən uşaqlar;
xüsusi qulluğa ehtiyacı olan sağlamlıq imkanları məhdud[2]
b) eşitmə qabiliyyəti qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:
kor-karlar;
normal eşidən, lakin lal uşaqlar;
əqli cəhətdən geri qalanlar;
ruhi-psixoloji pozuntuları olanlar;
xüsusi xidmətə ehtiyacı olan sağlamlıq imkanları məhdud;[3]
tez-tez ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı uşaqlar.
c) əqli cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:
oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;
kar və zəifeşidənlər;
kor və zəifgörənlər;
dayaq-hərəkət aparatının pozulması nəticəsində xüsusi qulluq tələb edən sağlamlıq imkanları məhdud şəxslər (serebral iflic);[4]
əqli çatışmazlığın rezidual mərhələsində olanlar, başqa sözlə 1 il əvvəl meninqo-ensefalit və digər xəstəlikləri keçirənlər;
davranışlarında ruhi xəstəlik əlaməti, qıcolma tutmaları, habelə şizofreniya ilə müşayiət olunan epilepsiya və ya fəal müalicə tələb edən digər psixi xəstəliklərə tutulanlar.
ç) nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:
kar və zəifeşidənlər;
kor və zəifgörənlər;
əqli inkişafdan geri qalanlar;
ürəkgetmə ilə müşayiət olunan epilepsiyalı, şizofreniyalı uşaqlar;
özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud şəxslər .[5]
d) dayaq-hərəkət orqanları qüsurlu uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrinə:
başqalarının köməyi olmadan hərəkət edə bilməyənlər;
özünə xidmət etməyi bacarmayan sağlamlıq imkanları məhdud uşaqlar;[6]
oliqofreniya xəstəliyinin imbesil və idiotiya mərhələsində olanlar;
eşitmə və görmə qabiliyyəti pozulanlar;
tez-tez epilepsiya tutmaları olanlar;
ümumi təyinatlı uşaq bağçalarına qəbulu qadağan edilmiş xəstə uşaqlar.
V. MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İDARƏ
OLUNMASI. PEDAQOJİ KADRLAR
Müdir məktəbəqədər müəssisənin bütün fəaliyyətinə rəhbərlik edir, tabe olduğu təşkilatın rəhbərliyi, valideynlər, müəssisənin işçiləri qarşısında, uşaqların mühafizəsi və sağlamlığı, kadrların seçilib yerləşdirilməsi və tərbiyəsi, təşkilati-pedaqoji, maliyyə-təsərrüfat və məktəbəqədər müəssisənin digər fəaliyyəti, kollektivdə müsbət psixoloji iqlim şəraitinin yaradılması üçün məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu təşkilat qarşısında vaxtaşırı hesabat verir.
metodist vəzifəsinə 3 ildən az olmayaraq pedaqoji staja malik ali məktəbə-qədər təhsilli mütəxəssis və ya defektoloq təyin edilir;
defektoloq vəzifəsinə ali təhsilli defektoloqlar və ya 1 il profil üzrə xüsusi kurs keçmiş ali ixtisas təhsilli tərbiyəçilər təyin edilirlər;
musiqi rəhbəri vəzifəsinə pedaqoji təhsil verən ali və ya orta ixtisas məktəblərinin musiqi şöbəsini bitirmiş 2 il iş stajına malik və sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək metodunu öyrədən xüsusi kurs keçmiş şəxslər təyin edilirlər;
tərbiyəçi vəzifəsinə 2 ildən az olmayaraq pedaqoji staja malik ali və ya orta ixtisas təhsilli xüsusi kurs keçmiş şəxslər təyin edilirlər.
Yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirir.
VI. MƏKTƏBƏQƏDƏR XÜSUSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN
MADDİ-TEXNİKİ BAZASI, MALİYYƏLƏŞMƏSİ,
TƏSƏRRÜFAT VƏ HESABAT İŞLƏRİ
47. Məktəbəqədər xüsusi təhsil müəssisələri müvafiq xəzinə hesabına malikdir, üzərində müəssisənin və tabe olduğu təşkilatın adı yazılmış ştampı, möhürü və ünvan lövhəsi olan hüquqi şəxsdir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 16-cı bəndində "bayram" sözü "iş günü hesab edilməyən bayram" sözləri ilə əvəz edilmişdir.
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin 16-cı bəndində "iş günü hesab edilməyən bayram və istirahət günləri" sözləri "istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü" sözləri ilə əvəz edilmişdir.
[2] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «a» yarımbəndinin beşinci abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir.
[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «b» yarımbəndinin altıncı abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir
[4] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «c» yarımbəndinin beşinci abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir
[5] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «ç» yarımbəndinin altıncı abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir
[6] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 32-ci bəndinin «d» yarımbəndinin üçüncü abzasında «əlil» sözü «sağlamlıq imkanları məhdud» sözləri ilə əvəz edilmişdir