23.10.2012-ci il tarixdə Monolit Plaza otelinin konfrans zalında Azərbaycan Gözdən Əlillər cəmiyyətinin XVI qurultayı keçirilmişdir. Qurultayda AzGəC-in sədri Səmyar Abdullayev 5 illik fəaliyyət barədə hesabat vermişdir. Bundan sonra NTK
-nın hesabatı dinlənilmişdir. Hesabat ətrafında çıxışlar olmuş, təkliflər verilmişdir.Sonra təşkilatı məsələlərə baxılmışdır. S.Abdullayev yenidən AzGƏC-in sədri, 11 nəfərdən ibarət şura, 7 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət NTK seçilmişdir.
Təşkilatın növbəti 5 il üçün tədbirlər planı qəbul olunmuşdur.
Qurultayda hökumət, QHT və KİV nümayəndələri iştirak etmişdir.