İttifaqın Respublikanın 7 bölgəsi üzrə nümayəndəlikləri təsdiq olunmuşdur. Sumqayıt üzrə “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəziinin rəhbəri Zeynəb Hacıyeva, Gəncə regionu üzrə “Əlil Qadınlar” cəmiyyətinin Gəncə bölgə şöbəsinin sədri Elmira İsmayılova, Ağsu rayonu üzrə “GÜLSAM” əlillərin reabilitasiya mərkəzi ictimai birliyinin sədri Gülnarə Səlimova, Salyan üzrə “Azərbaycan Diabet Liqası”nın Salyan rayon nümayəndəliyinin sədri Yaqub İsmayılov, Şəki rayonu üzrə “Şəki Əlillərə Qayğı” ictimai birliyinin sədri Güləndam Alxasova, Qəbələ rayonu üzrə “Əlillərə Dəstək” ictimai birliyinin sədri Yaşar Hümbətov, Qazax rayonu üzrə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” cəmiyyətinin Qazax şöbəsinin sədri Ayət Hüseynov seçilmişlər.
“Autizm” Deffektoloji və psixoloji yardım mərkəzi və “Çıraq” Sumqayıt Uşaq İnkişaf mərkəzi İttifaqa üzv seçilmişlər. Hazırda 31 təşkilat ƏTİ-nin üzvüdür.
Layihələr
VIII. “İnkluziv Ədalət” USAİD ABA CEELİ
Məqsəd və vəzifələr
Əlil təşkilatlarının bacarıqlarının artırılmasına dəstək
Müyəssər mühitin yaradılması
Nəticələr:
Layihənin davamlılığının təmini: 5 təşkilata layihələrin hazırlanması üzrə təlimat verilmişdir, 1 obyektdə ramp quraşdırılmışdır, 2014-cü ilin Dövlət proqramına təklif verilmişdir.
IX. Əlilliyi olan insanların həyatında müsbət dəyişikliklər. World Vision Beynəlxalq hümanitar təşkilatı
Məqsəd və vəzifələr:
Layihənin ilk etapı üzrə donora hesabat təqdim olunmuş, beynəlxalq ekspertlər tərəfindən audit həyata keçirilmişdir. Hazırda layihənin ikinci etapı yerinə yetirilir.
X. Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması.
Məqsəd və vəzifələr:
Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması.
Standart qaydaların qanunvericilik bazasına daxil edilməsi
İlkin nəticələr: Qaydaların ilkin variant hazırlanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitələrindən müsbət rəy alınmışdır. Sənəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmaq üçün hazırlanır.
Layihənin davamlılığının təmini: Bərabər imkanların yaradılması ilə əlaqədar qanunvericilik təklifləri ilə bərabər bunun üçün material və avadanlıqların yerli istehsalının təşkili üçün hökumət və beynəlxalq təşkilatlara təkliflər hazırlanmışdır. Bu ideya hökumət tərəfindən dəstəklənir.
Təmsilçilik
İttifaq üzv olduğu təşkilatlarda: Dünya Əlillər Birliyi, Yoxsulluğa Qarşı Qlobal çağırış,
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupu, Ombudsmanın yanında müstəqil ekspertlər qrupu” , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində:
komissiya”larında təmsilçilik missiyasını üğurla davam etdirmişdir.
Qanunlara təkliflər
BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında”Konvensiya və Əlavə protokolun ratifikasıyası ilə əlaqədar milli hüquqi-normativ sənədlərdə dəyişikliklərin olunması istiqamətində fəaliyyətlər davam etdirilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, UNİCEF, milli QHT-lərlə birlikdə görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Milli qanunda dəyişikliyin olunması ilə əlaqədar 38 bənddən ibarət təklif paketi hazırlanmış və müvafiq icra hakimiyyəti və qanunverici orqana təqdim olunmuşdur. “Əlilliyi olan və hərəkət imkanları məhdud şəxslərə bərabər imkanların yaradılması Qaydaları” işlənərək hökumətin təsdiqinə verilmişdir.
Nəşrlər
Əlilliyin müxtəlif sahələrini əhatə edən 3 adda 1500 hüsxə kitab, 1500 buklet, 500 disk nəşr olunmuş və paylanmışdır.
Dəyirmi masa, konfranslar.
Bu qism 7 tədbir həyata keçirilmiş və bu tədbirlərdə 410 iştirakçı olmuşdur.
Sərgilər
2 sərgi təşkil olunmuş, 5 sərgidə əlilliyi olan şəxslərin iştirakı təmin olunmuşdur.
Təlimlər
Bacarıqların inkişafı ilə əlaqədar 3 təlim həyata kekirilmiş və təşkilat nümayəndələrinin iştirakı təmin olunmuşdur.
“Monitorinq və qiymətləndirmə” mövzusunda bir beynəlxalq təlimdə iştirak olunmuşdur.
Xidmətlər
705 nəfər əlilliyi olan şəxslərə və ya onların təşkilatlarına hüquqi və konsultativ (məlumat) xarakterli yardımlar gösdərilir.
5 təşkilatın girişində əlil arabasının hərəkəti üçün ramplar quraşdırılmışdır. 7 nəfərin işlə, 11 nəfərin əlil arabaları və digər vasitələrlə təmin olunmasına köməklik olunmuşdur.
Nizamnamə tələbləri
Nizamnaməyə uyğun olaraq 1 dəfə illik ümumi yığıncaq, 12 idarə heyətinin iclasları keçirilmişdir. Mövcud qanunlara uyğun olaraq müvafiq orqanlara fəaliyyətlər barədə məlumat və hesabatlar təqdim olunmuşdur.