Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Hemofiliyalı xəstələr üçün keçirilən növbəti təlimlər başa çatmışdır.
Novo Nordisk Hemofiliya Fondunun maliyyələşdirdiyi Regionlarda hemofiliyaya dair diaqnostika sahəsində potensialın möhkəmlənməsi və pasientlərin maarifləndirməsi vasitəsi ilə hemofiliyalı xəstələrə qayğının desentralizasiyası layihəsinin həyata keçirilməsində Gənclər və İdman Nazirliyinində töhvəsi var. Belə ki, layihə çərçivəsində nəzərdə tutulmuş təlimlərin aparılması Gənclər və idman Nazirliyinin nəzdindəki Şuvəlan qəsəbəsində yerləşən “Cırtdan” istirahət və sağlamlıq Mərkəzində baş tutmuşdur. Burada 100 nəfərdən ibarət hemofiliyalı uşaq, gənclər və onların ailə üzvləri hemofiliya xəstəliyi haqqında qiymətli informasiya əldə etmişlər. Təlim iştirakçıları mart ayının 8 günü ərzində bilik əldə etməkdən başqa, burada Avropa standrtlarına uyğun şəraitdə müalicə almış, istirahət etmiş, bayram ərəfəsində Ictimai Televiziyasının uşaq proqramının aparıcısı Kamran Mustafayevlə birgə əylənmişlər.
100 nəfər təlimçilərin arasında olan 41 uşaq, 32 gənc və 27 valideyn ayrı ayrılıqda qruplara bölünmüş və hemofiliya xəstəliyinə dair məşğələlər keçmişlər. Müasir müalicə nəzərdə tutduqda, burada hemofiliyalı xəstələr bahalı dərman preparatları vasitəsi ilə reabilitasiya prosedurları keçmiş, idmanla məşqul olmuş və psixoloji yardım almışlar.
Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının verdiyi məlumata görə dünyanın inkişaf etmiş ölkələrində belə təlimlər mütamadi olaraq keçirilir və buda vətəndaşın həm fiziki, həm də mənəvi inkişafına böyük təkan verir. Layihə çərçivəsində təlimlər Bakı. Gəncə və Şirvanda 2014 ilin mart ayına kimi davam edəcəkdir
Qeyd etmək lazımdır ki, çox bahalı olan qanın laxtalanma faktor konsentratları dərman preparatlarının Azərbaycan Dövləti tərəfindən təmin edilməsi il ildən bizim hemofiliyalı uşaqlarımızın sağlamlığının qorunmasında böyük rol oynayır. Bu dərman preparatları Səhiyyə Nazirliyi tərəfindən hemofiliyalı təlim iştirakçılarına verilmişdir.
Xatırladaq ki, hemofiliya ağır irsi qan xəstəyidir. Qanda laxtalanma faktorunun çatışmazlığından laxtalanma faktor dərman preparatları olmadığı təqdirdə hemofiliyalı uşaqlar erkən yaşlarında ağır dərəcəli əlil olurlar.
Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının əlaqə telefonları
(012 ) 513 15 39; (012) 480 41 08; (050 ) 346 7279
Əlaqə üçün şəxs: Gülnarə Hüseynova