12-13 dekabr 2013 –cü il tarixdə Tbilisi şəhərində “Əlillərin hüquqları haqqında beynəlxalq konvensiyasın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələri və Moldovadan öyrənilmiş təcrübə və gələcək fəaliyyətlər” mövzusunda regional konfrans keçirilmişdir


12-13 dekabr 2013 –cü il tarixdə Tbilisi şəhərində “Əlillərin hüquqları haqqında beynəlxalq konvensiyasın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələri və Moldovadan öyrənilmiş təcrübə və gələcək fəaliyyətlər” mövzusunda regional konfrans keçirilmişdir. Konfransda dörd ölkənin (Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan) hökumət, İnsan Hüquqları üzrə milli təsisatlar, qeyri-hökumət təşkilatları və BMT-ni aidiyyatı qurumunun ölkə nümayəndəlilkləri iştirak etmişlər. Verilən məlumatlara görə belə bir qənaətə gəlmək olar ki, əlillik problemlərinin həlli istiqamətində görülən işlər aşağı səviyyədədir və inkluziv cəmiyyətin formalaşması  istiqamətində əsaslı tədbirlərin görülməsinə ciddi ehtiyac vardır. Xüsusilə, sosial modelə keçid, müyəssərliyin təmin olunması, əqli, psixoloji problemli insanlar sahələrində fəaliyyətlər yararsız haldadır. Bu problem digər keçmiş sosialist ölkələri üçün də aktualdır. Güclü iqtisadi inkişafa baxmayaraq qeyd olunan problemlər Azərbaycan üçün də aktualdır. Azərbaycan hökuməti tərəfindən bu sahədə kompleks tədbirlər görülməzsə, bu problemlərin həlli yaxın perespektivdə mümkün olmayacaqdır.

 




Tarix:14/12/2013     udpo.az saytı Geri