Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər


Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər

14 июля 2014 [11:24] - YouthPortal.Az


Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional Ofisinin təşəbbüsü ilə “ASAN” Xidmətin yaranmasının iki yaşı münasibətilə Avropa Gənclər Paytaxtında əlilliyi olan gənclər üçün "Sevimli şəhər" turu təşkil edilmişdir.

Avropa Gənclər Paytaxtında əlilliyi olan gənclər üçün təşkil olunan "Sevimli şəhər" adlı layihənin məqsədi fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiya olunması, onların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və özlərinə yeni dost qazanmalarına yardımçı olmaqdır. Tur çərçivəsində iştirakçıların Asan Xidmətə tanışlıq səfəri olmuş daha sonra gənclərin Xan bağı, Nizami məqbərəsi, Heydər Əliyev park kompleksi və digər məkanlara ekskursiyası təşkil edilib və axşam saatlarına qədər istirahətləri təmin edilib.

Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə  çıxış edərək  bildirmişdir ki : “Bu layihədə əsas məqsədimiz “ASAN” Xidmətin ad günü münasibətilə əlillər üçün ekskursiya təşkil etməkdir, həm də “ASAN Xidmət – şəffaf idarəetmə  modeli, vətəndaş məmnuniyyəti  və ən əsası yeni Azərbaycan modeli deməkdir. Bugün  bu tanışlıq səfərində bir daha əmin olduq ki, burda fiziki qüsurlu şəxslər üçün geniş  imkanlar vardır yəni bu xidmət heç bir əngəl tanımır”.

Daha sonra - Gəncə “Asan” Xidmət mərkəzinin direktoru Elnur Rzayev qeyd etmişdir ki: ““Asan” Xidmətin fəaliyyəti göz qabağındadır. Demək olar ki, fəaliyyətə başlayan - 24 dekabr 2013-cü il tarixdən indiyədək 250 mindən artıq vətəndaş Gəncə “Asan” Xidmət Mərkəzinin fəaliyyətindən yararlanıb”.

Qeyd etmək istərdik ki,  "Gənc dost" İB, "Pendik ana okulu" Gəncə Uşaq İnkişaf Mərkəzi və Agüloğlu restoranının texniki dəstəyilə həyata keçirilən  tədbirdə 30-dən çox əlil vətəndaş iştirak edib.



 




Tarix:14/7/2014     udpo.az saytı Geri