Təlim-seminarı uğurla başa vuran QHT sədrinə sertifakt təqdim olunmuşdur


PRESS RELİZ

          BaBakı  şəhəri                                                            05 dekabr 2014-cü il

         

Təlim-seminarı uğurla başa vuran QHT sədrinə

sertifakt təqdim olunmuşdur

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova British Council tərəfindən həyata keçirilən “Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar” adlı layihə (IDEAS) çərçivəsində keçirilmiş “Bizim üçün bizsiz heç nə” adlı beş günlük təlim-seminarda iştirak etmişdir.

Əlilliyi olan şəxslərin qərar qəbuletmə prosesində daha fəal təmsil olunmasına, onların hüquqlarının daha səmərəli təşviqi, müdafiəsi və təmininə yönəlmiş və Azərbaycan daxil olmaqla 6 ölkədə 34 ay ərzində davam etdirilməsi nəzərdə tutulan bu layihənin əsas məqsədi əlillik məsələləri ilə bağlı işləyən vətəndaş cəmiyyəti təşkilatlarının yerli hökumətlə əməkdaşlığını gücləndirməkdən ibarətdir.

Sonda təlim-seminarı uğurla başa vuran iştirakçılara, o cümlədən Ramilə Mahmudovaya müvafiq sertifakt təqdim olunmuşdur.

Yeri gəlmişkən, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və növbəti bir xoş gündə 24 dekabr 2008-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır. Əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdən ibarət olan təşkilatımız son iki ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” və  “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihəri uğurla icra etmişdir.

Təşkilatımız Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları  Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvüdür.

 

Mətbuat xidməti 






Tarix:5/12/2014     udpo.az saytı Geri