İnkluziv təhsil sahəsində Avropa təcrübəsi Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi


İnkluziv  təhsil sahəsində Avropa təcrübəsi

Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi

     21-26 sentyabr 2014 – cü il tarixdə Polşanın Lodz Universitetində Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan”- (ESFIDIP) layihəsi çərçivəsində təlim və təcrübə mübadiləsi olmuşdur. Layihənin əsas məqsədi əlilliyi olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inkluziyasını dəstəkləyən mexanizmin qurulması və bu sahədə Avropa təcrübəsini univeritetlərdə tətbiq etməkdir.

    Layihənin Azərbaycandan tərəfdaş təşkilatları Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avripa ölkələrindən isə  Qraz universiteti (Avstriya), Makedoniya universiteti (Yunanstan), Lodz universiteti (Polşa), Avropa Vətəndaş institutu məsləhətçi (Niderland) təşkilatlarıdır.

   Tədbir çərçivəsində universitet, şəhər rəhbərliyi, əlilliyi olan şəxslərlə görüşlər olmuş, Lodz universitetində və şəhərdə əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması ilə əyani tanışlıq olmuşdur. Tədbirdə Əlil Təşkilatları İttifaqını təşkilatın prezidenti Davud Rəhimli təmsil etmişdir.

     Tədbirlərin təşkilatçısı layihənin Polşa üzrə partnyor təşkilatı Lodz Universiteti və olmuşdur.

Bununla da layihənin Azərbaycandan olan tərəfdaş təşkilatlarının nümayəndələri sentyabr ayı ərzində Avropadan olan 3 tərəfdaş təşkuilatın təcrübəsi ilə tanış olmuşlar (Avstriyanın Graz, Yunanstanın Makedoniya və Polşanın Lodz universitetləri).

Tədbirlərin yekunu kimi Əlil Təşkilatları İttifaqı tərəfindən Qaydalar hazırlanaraq tərəfdaş universitetlərdə tətbiq olunacaqdır.

 






Tarix:26/9/2014     udpo.az saytı Geri