Beynəlxalq Əlillər Birliyinin yeni regional bölməsi yaradıldı


Beynəlxalq Əlillər Birliyinin yeni regional bölməsi yaradıldı 

 

11-12 may 2015-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində 150 ölkənin üzv olduğu, 6 regional bölməsi olan Beynəlxalq Əlillər Birliyinin (BƏB) MDB ölkələrindən olan təşkilatların I forumu olmuşdur. Tədbirdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları" haqqında Konvensiyasının yerinə yetirilmə vəziyyəti müzakirə olunmuş və təşkilati məsələlərə baxılmışdır.  BƏB-nin MDB ölkələri üzrə regional şöbəsi yaradılmış, rəhbər orqanlar seçilmişdir. BƏB-in üzvü və Azərbaycanda milli təmsilçisi Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli BƏB-nin MDB ölkələri üzrə şöbəsinin sədri seçilmişdir. (Qeyd edək ki, I forumun keçirilməsi Bakıda nəzərdə tutulmuşdu, lakin bizim Ermənistandan olan nümayəndənin Bakıya gəlməsinə etiraz etdiyimiz üçün tədbirin Moskvada keçirilməsi qərarlaşdırıldı )

 

 






Tarix:12/5/2015     udpo.az saytı Geri