"İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı, eyni zamanda, yazar Etibar Həsənzadənin “Gecikmiş Etiraf” adlı kitabının təqdimatı olub.


 “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, AAAF-Park Yaşayış və İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi çərçivəsində görülmüş işlərin yekun hesabat konfransı, eyni zamanda, yazar Etibar Həsənzadənin “Gecikmiş Etiraf” adlı kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə birliyin sədri Cavad Qasımov açdı: - “Birliyimiz Şuranın dəstəyi ilə əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı ikinci layihəni uğurla həyata keçirib. Bu layihələr çərçivəsində əlilliyi olan insanların təhsil, hüquq, incəsənət məsələləri ilə bağlı konfranslar, Bakı, Gəncə və Xırdalan şəhərlərində bu qəbildən olan istedadlı insanların altı sərgisini və iki konsert proqramı təşkil edib. Ümumilikdə Birliyimiz tərəfindən iki il ərzində istedadlı rəssamlarımızın əsərlərindən ibarət 24 sərgi və satış sərgi təşkil edilib. Birliyimiz bu layihə çərçivəsində Daşkəsən rayon sakini, istedadlı yazar, birinci qrup əlil Etibar Həsənzadənin “Gecikmiş Etiraf” adlı kitabın nəşr etdirib və bu gün həmin kitabın təqdimatını təşkil etmişik. Həyata keçirtdiyimiz layihənin məqsədi əlilliyi olan insanların cəmiyyətdə aktiv olması, onların ictimaiyyətə təqdim olunması və tanıdılmasıdır. 



Eyni zamanda istedadlı həmkarlarımıza gələcək fəaliyyətlərində stimul verici dəstək olmaqdır. Düşünürəm ki, biz məqsədimizə doğru inamla birgə addımlayırıq. Bu inama səbəb üzvlərimizin sayının getdikcə çoxalması, bizimlə əməkdaşlıq edən həmkarlarımızın nəinki bizimlə digər birliklərdə və layihələrdə aktiv iştirak etməsidir.



Birliyimizin fəaliyyətin genişləndirmək məqsədi ilə Gəncə Regional filialın təsis etdik. Artıq Gəncə bölgəsində yaşayan həmkarlarımıza da gücümüz çatan dəstəyi göstərə biləcəyik. Vaxtınızı çox almaq istəmirəm, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar diləyirəm. Gələn qonaqlara da çox sağ olun deyirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun”.



Tədbirdə əlilliyi olan insanlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Ömər Abdullayev, Azərbaycan Milli Paraolimpiya Komitəsinin vitse-Prezidenti Şaiq Həmidov, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, yazıçılar, şairlər, ziyalılar, dövlət adamları iştirak edirdilər. Tədbirə dəvət olunan fəxri qonaqların çıxışından sonra tədbir Xalq artisti Flora xanım Kərimovanın , Samir Salamın və digər müğənnilərin ifasında musiqi proqramı ilə davam etdi. 


Tədbir Xırdalan şəhərində yerləşən “AAAF-PARK” yaşayış və istirahət mərkəzinin baş sponsurluğu ilə təşkil olunmuşdur.  




Tarix:22/9/2015     udpo.az saytı Geri