“Mavi işıqla işıqlandır və autizmi tanı“


PRESS-RELİZ

Bakı şəhəri                                                              03.04.2016

  “Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi  2 Aprel Dünya Autizm məlumatlandırma günü ilə əlaqədar olaraq tədbir keçirtmişlər.

   2 Aprel Dünya Autizm məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qətər dövlətinin təklifi əsasında təsis olunmuşdur. Aprel ayı bütün dünyada Autizm Maarifləndirmə ayı, 2 aprel isə Autizm Maarifləndirmə Günü olaraq qəbul olunur. 2010-cu ildə ABŞ-ın “Light It UP Blue” (Mavi işıqla İşıqlandır) kompaniyasını  “Autism Speaks” qeyri-hökumət təşkilatı başlayıb. “Autism Speaks” təşkilatının yaydığı məlumata görə bu il dünyada 18 mindən çox bina, memarlıq abidələri və parklar mavi işıqla işıqlanıb.Bu layihə bu günün önəm və mahiyyətini simvolizə edir, bütün dünyanın diqqətini autizmdən əziyyət çəkən uşaqlara yönəldir. “Mavi işıqla işıqlandır” layihəsi indiyədək dünyanın 136 ölkəsində 600-dən çox şəhərdə tarix və memarlıq abidələrinin üzərində həyata keçirilmişdir. O gündən etibarən, hər il 10 minlərlə bina, aprel ayında autizmli insanlar haqqında maarifləndirmənin geniş yayılmasına dəstək üçün mavi işıqla işıqlandırılır. Nyu-Yorkun məşhur göydələni- Empire State Buiding,  dünyanın ən hündür binası, Səudiyyə Ərəbistanda yerləşən Kingdom Tower, Torontonun CN Tower kimi məşhur binalar onların sırasındadır.

      XXI əsrin qlobal problemi hesab edilən autizm  ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə  təxmini 4000 yaxın uşaq autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.Keçirəcəyimiz tədbir zamanı ölkəmizdə məşhur və görkəmli binalardan hesab edilən Bakı  Olimpiya Stadionu mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək.

     “Mavi işıqla işıqlandır və autizmi tanı“adlı tədbir   02.04.2016-ci il saat 18.00-da keçirilmişdir. Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatlarının, KİV nümayəndələri, autizm sindromlu uşaqlar, valideynlər və digər qonaqlar  iştirak etmişlər.

Ünvan: Bakı Olimpiya Stadionu ,Bakı şəhəri,Böyükyol şossesi,Mətbuat zalı  (2015-ci ildə olimpiya oyunları keçirilən stadion )                                                                 

 Əlaqə tel:(050)370 23 48,(055)347 99 51,(055)225 33 07                                                              Mətbuat Xidməti.

 




Tarix:3/4/2016     udpo.az saytı Geri