Tədbirə giriş sözü ilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad xanım Əhədova başlayaraq ilk Mado restoranına yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. Daha sonra fəaliyyətləri , uşaqlara yalnız bir gün deyil, hər gün xidmət etdiklərini vurğuladı. Əlil Təşkilatları İttifaqının təmsilçi , prezident Davud Rəhimli çıxışa davam edərək uşaqları təbrik etdi. Uşaqlara daha faydalı olmaq üçün əməkdaşlığı davam etdirməyi əlavə etdi. "Ümman " Əlil Uşaqlara Qayğı İ.B- nin sədri Şükufə xanım Məmmədova da öz növbəsində bütün uşaqları təbrik etdi. Təşkilatçılara təşəkkürünü bildirdi.
Sehirbaz Süleyman Məmmədov öz maraqlı şou proqramı ilə tədbiri davam etdirdi. Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi tərəfindən uşaqlara bilərziklər düzəldi, hədiyyə olundu. “Meqas” Uşaq mahnı qrupu öz gözəl nəğmələri ilə şənliyə rəng qatdı.
Sonda bütün uşaqlar və təşkilatçılarla birgə xatirə şəkli çəkildi.
Biz hər birimiz bir uşağıq, və hər birimiz bir uşaq olmuşuq !
Uşaqları qoruyaq, sevək , qayğımızı əsirgəməyək !