"QHT-lərin elektron resurslarının yaradılması...


Avqustun 23 və 24-də Milli QHT Forumunun qərargahında "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib.

 

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

 

 

Təlimlərə 30 QHT nümayəndəsi qatılıb.

 

 

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli saytlar yaradılıb.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Xatırladaq ki, www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır.

 




Tarix:24/8/2016     udpo.az saytı Geri