SHAİB hesabat verdi


SHAİB 2016–cı ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin)  sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi”  adlı layihəsini həyata keçirmişdir. Layihənin məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və  onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə 6 ay müddətində Bakı və Mingəçevir şəhərlərində, İsmayıllı, Sabirabad, Biləsuvar və Tovuz rayonlarında həyata keçirilmişdir. Layihə ilə əlaqədar yekun dəyirmi masa Beynəlxalq Mətbuat Mərkəzində 21 oktyabr 2016 ci il saat 1030  - da keçiriləcəkdir.

Bununla əlaqədar olaraq Sizi həmin yekun dəyirmi masada iştirak etməyə dəvət edirik. Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk. 

Davud Rəhimli

 




Tarix:21/10/2016     udpo.az saytı Geri