ADL - Yay düşərgəsi 2017


Yay düşərgəsi 2017

Nəhayət, Gənc ADL üzvlərinin gözlədiyi düşərgə reallaşdı. 06-12.08.2017 tarixlərində ADL gənc üzvləri Azərbaycanın gözəl guşələrin birində "Diabetlə yaşamaq və yaratmaq! adlı layihəni həyata keçirdilər. Layihənin məqsədi gənc insulindən asılı olan diabetlərin əlaxüsus karyera inkişafı, məqsəd və strategiyalar, diabetlə iş həyatı, diabetlə idman, diabetlə komplekslərin dəf edilməsi və s. haqqında müxtəlif təlim tipli məlumat və video-roliklər, sual-cavab tipli yarışmalar təşkil edildi. Həqiqətən, bu düşərgə yaddaşlarda qalan oldu, çüki, məhz gənclər üçün düşünülmüşdür. Layihənin həyata keçirilməsi üçün ADL-ə hərtərəfli mənada dəstək olan yegane sponsorumuz "Nursu" Şirkətinin direktoru cənab Cavid Ümidliyə öz dərin təşəkkürümüzü bildiririk. Əlbəttə ki, bu cür xeyirxaqlığınız gənclərin yaddaşından heç zaman silinməyəcək. Cavan nəsilə dəstək olaq, sağlam fikirli böyüdək!

 

Davud Rəhimli

   




Tarix:30/8/2017     udpo.az saytı Geri