"Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"


"Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək"

 

        Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək" layihəsinin icrasını başa çatdırmışdır.

     Layihə aprel – oktyabr aylarında icra olunmuşdur. Əsas məqsəd əlilliyi olan şəxslərin müstəqilliyinin artırılmasına, asıllığının azalmasına, xidmətlərə çatımın asanlaşmasından ibarət olmuşdür. Layihə iki komponentdən ibarətdir:

 

    Birinci komponent üzrə Bakı şəhərində müxtəlif təyinatlı obyektlərdə bütün kateqoriyadan əlilliyi olan şəxslər üçün müyəssərlik vəziyyəti monitorinq olunmuşdur. Aparılmış monitorinqlər nəticəsində müəyyən olunmuşdur ki, bütün müyəssərlik normalarına cavab verən təşkilat yoxdur. Obyektlərin bir hissəsi qismən uyğunlaşdırılmış, əksəriyyət obyektlər isə müyəssər deyil və ya görülən işlər normalara cavab vermir. Bu məlumatlara əsasən obyektlərin müyəssərlik vəziyyətini göstərən “Bələdçi” nəşr olunmuşdur.

      İkinci komponent üzrə Azərbaycanda ilk dəfə “Əlillik adaptasiya avadanlıq və   vasitələri.  Xidmət və təmir. Texniki şərtlər. TŞ AZ 1003923031  001 – 2018” stanartları hazırlanmışdır.

 

Hörmətlə,

Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Mətbuat xidməti

 

 




Tarix:14/11/2018     udpo.az saytı Geri