Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.


   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqının prezidenti (ƏTİ)), Mehdi Mehdiyev ("Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri ) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri) tərəfindən 19 noyabr 2018-ci il tarixdə Respublika Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) monitorinq keçirilmiçdir.

   Müşahidə və müsahibə formasında aparılan monitorinq zamanı Mərkəız tərəfindən müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərə göstərilən xidmətlər, protez-ortopedik məmulatların alınması qaydaları, keyfiyyəti, təchizat, təminat, qidalanma, Mərkəzin infrastrukturunun vəziyyəti, müraciət edənlərin məmnunluq dərəcəsi kimi hallar aydınlaşdırılmışdır.

   Məlum olmuşdur ki, əvvəllər əlilliyi olan şəxslərə verilən keyfiyyətcə aşağı olan məmulatlar yenisi, daha keyfiyyətlisi ilə əvəz olunmaqdadır.  Əlilliyi olan şəxslər təkərli oturacaqlar (əlil arabaları), corablar, qoltuqaltılar, çəliklər Almaniyanın “Ottobock” şirkətinin istehsalıdır, daha mobil və davamlıdır. Eşitmə əlilliyi olan şəxslərin qulaq aparatları ilə təmin olunmasında yeni qayda tətbiq olunmağa başlanmışdır. Məmulatların təyin və təmin olunmasında fərdi yanaşma tətbiq olunur.

    Verilən məlumata görə bu ilin sonuna 2330  ədəd təkərli oturacaq alınması nəzərə alınmışdır. Bununla da ilin axırına kimi növbədə olan ehtiyacı olanların hamısı təmin olunacaqdır.

    Mərkəzdə protez-ortopedik məmulatların hazırlanması üçün geniş müasir tələblərə cavab verən sexlər yaradılmış, Alamaniyanın Ottobock şirkətindən müasir avadanlıqlar alınaraq gətirilib quarşdırılmışdır.

   Qeyd olunarla yanaşı hazırda əsas çatışmayan və narahatedici vəziyyət Mərkəzdə uzun müddətdir aparılan təmir işlərinin başa çatmamsı və dayandırılmasıdır. Bəzi avadanlıqlar həyətdə açıq havada qalmışdır. Nəzərə alaq ki, qarşıdan qış gəlir, yağıntı və tempratur kəskinliyi böyük vəsait hesabına alınmış bu avadanlıqların keyfiyyətinə mənfi təsir göstərə bilər.

    Monitorinqin aparılmasında yaratdıqları şəraitə, göstərdikləri dəstəyə görə Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidova, baş mühəndis Elmira Əsədovaya, Stasionar məntəqənin baş həkimi Şəmsəddin Xudaverdiyevə və Mərkəzin digər əməkdaşlarına minnətdarlığımızı bildiririk.

 
 




Tarix:20/11/2018     udpo.az saytı Geri