DİM - təlimçilər üçün təlim keçirilmişdir


11 – 13 mart 2019 – cu il tarixdə Bakıda BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinin  (DİM) milli və yerli səviyyələrdə icrasına dair vəkillik, monitorinq və qiymətləndirmə işinin aparılmasında QHT – lərə dəstək təlimçilər üçün təlim keçirilmişdir. Təlim BMT-nin İnkişaf  Departamentinin Azərbaycan Nümayəndəliyinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirtdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Vətəndaş Cəmiyyətinin rolunun artırılması” layihəsinə əsasən həyata keçirilmişdir. Təlimi yüksək səviyyəli mütəxəsis, doktor Xanım Aysel Vəzirova tərəfindən uğurla aparılmışdır. Təlimdə UNDP tərəfindən seçilmiş müxtəlif sahələri əhatə edən 12 QHT nümayəndəsi iştirak etmiş və yekunda Aİ, UNDP əməkdaşları və təlimçi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.


   

Davud RƏHİMLİ






Tarix:13/3/2019     udpo.az saytı Geri