“Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi


Press – Reliz

Lənkəran şəhəri.                                                                              3 may - cu il

Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

      Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsini həyata keçirir. Layihənin partnyor təşkilatı Lənkəran şəhər Bələdiyyəsidir.

     Layihənin məqsədi Lənkəran şəhərində əlilliyi olan şəxlər üçün gender məsələlərini nəzərə almaqla müyəssər mühitin yaradılması üzrə ictimai maarifləndirmə, müyəssər şəhər modelinin qurulması ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

      Layihə çərçivəsində 3-4 may tarixində Lənkəran şəhərində iki günlük ictimai məlumatlandırma seminarı keçirilmişdir. Seminarda Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Bələdiyyəsi, Ombudsmanın regional şöbəsinin əlaqədar hökumət, vətəndaş cəmiyyəti, biznes, KİV nümayəndələrindən ibarət 32 nəfər iştirak etmişdir.

     Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ layihə barədə məlumat vermişdir. Gənclərin Sosial İnkişafına Dəstək ictimai birliyinin sədri Rövşən Bağırov və müavini İsayeva Xanımnisa BMT-nin Davamlı İnkişaf Məqsədləri, əlilliyi olan şəxslər üçün müyəssər mühitin yaradılması mövzularında təqdimat etmişlər.    

     İctimai məlumatlandırma seminarında müzakirələr olmuş, iştirakçıların sualları cavalandırılmış, təkliflər dinlənilmiş və qeyd olunmuşdur.

  
 




Tarix:04/5/2019     udpo.az saytı Geri