Bu gün Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək


Bakı, 13 may, AZƏRTAC

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edəcək. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Yarışa mayın 14-də yekun vurulacaq.

Qeyd edək ki, Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

 




Tarix:13/5/2019     udpo.az saytı Geri