“Musiqidən- Ürəklərə” adlı inklüziv konsert


“Musiqidən- Ürəklərə” adlı inklüziv konsert tədbiri çərçivəsində UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev fiziki məhdudiyyətli şəxslərin sosial rifah halının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinin ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu deyib. A.Rzayev UNEC-də yaradılan inklüziv təhsil mühitindən də söz açıb. UNEC-də 63 nəfər fiziki məhdudiyyətli tələbənin təhsil aldığını deyən A.Rzayev universitetdə onlar üçün müvafiq şəraitin yaradıldığını vurğulayıb.

Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin sədri Təranə Məmmədova isə tədbirin əhəmiyyətindən danışıb.

Sonra UNEC ilə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, ictimai birlik tərəfindən UNEC müəllimləri üçün treninqlər təşkil olunacaq, fiziki məhdudiyyətli tələbələrə psixoloji və loqoped dəstəyi göstəriləcək.

http://news.unec.edu.az/…/5994-bold-red-unec-den-musigiden-…

 

 






Tarix:13/12/2019     udpo.az saytı Geri