İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib


İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşdü.

 

 






Tarix:24/12/2019     udpo.az saytı Geri